AZ/Prabhupada 0037 - Krişnanı Bilən Şəxs - O Gurudur
Lecture on BG 7.1 -- Hong Kong, January 25, 1975 Belə isə Bhagavānın enerjisini necə başa düşəcəyik, Onun yaradıcı enerjisini necə başa düşəcəyik və Bhagavānın gücünün nə olduğu, Onun bunları necə etdiyini- bu da büyük bir elmdir. Bunun adı Kṛiṣṇa elmidir. Kṛṣṇa-tattva-jñāna. Yei kṛṣṇa-tattva-vettā, sei guru haya (CC Madhya 8.128). Caitanya Mahāprabhu kimin guru olduğunu demişdir. Gurunun mənası- yei kṛṣṇa-tattva-vettā sei guru haya: "Kṛṣṇanı bilən şəxs, o gurudur." Guru istehsal olunmur. Hər kim Kṛiṣṇanı yeterli qədər bilirsə...Biz bilmirik. Biz Krişnanı yüzdə- yüz bilmirik. Bu mümkün deyil. Krişnanın enerjiləri o qədər müxtəlifdir ki, "Parāsya śaktir vividhaiva śrūyate "(CC Madhya 13.65, yorum). Bir enerjisi bir tərəfə işləyir, başqa bir enerjisi başqa bir tərəfə. Amma hamısı Krişnanın enerjisidir. Parāsya śaktir vividhaiva śrūyate. Mayādhyakṣeṇa prakṛtiḥ sūyate sa-carācaram (BG 9.10). The prakṛti...Təbiətdə çiçəyin açdığını görürük və yalnız çiçək deyil, toxum vasitəsiylə bir cox şey ortaya çıxır. Gül toxumu gül ağacına dönür, Bael toxumu bael ağacına dönür. Bəc bu necə olur? Eyni torpaq, eyni su və toxumlar da bir-birinə oxşayır, amma fərqli formada çıxır. Bu necə mümkün ola bilir.? Buna parāsya śaktir vividhaiva śrūyate svābhāvikī jñāna deyilir. Normal insanlar yada guya ki, elm adamı olanlar belə deyirlər," Bunu təbiət yetişdirir." Amma onlar təbiətin nə olduğunu, təbiət hadisələrinin arxasında kimin olduğunu, maddi təbiətin arxasında kimin olduğunu, necə işlədiyini bilmirlər. Bu Bhagavad-gītā'da açıqlanır, "mayādhyakṣeṇa" (BG 9.10). Kṛiṣṇa belə deyir, "Təbiət mənim nəzarətim altında işləyir". Budur doğru. Təbiət, maddə... Maddə avtomatiq olaraq bir yerə gələ bilməz. Bu göydələnlər maddədən yaradılmışdır amma maddə avtamatiq bir şəkildə göydələn halına gəlməmişdir. Kiçik bir ruh, mühəndis ya da memar var, maddəni götürüb ona şəkil verib göydələnə çevirən odur. Bizim etdiyimiz bu qədərdir, elə isə maddənin avtomatiq olaraq işlədiyini necə deyə bilərsiniz.? Maddə avtomatiq şəkildə işləməz. Onun daha ağıllı bir beyinə, daha yaxşı istiqamətləndirilməyə və nəticədə daha yüksək bir qurluşa ehtiyacı vardır. Necə ki, biz maddi dünyada әn yüksək qurluşa -günəşə, günəşin hərəkətinə, günəş istisinə, işığının enerjisinə ehtiyacımız vardır və biz buna sahibik. Elə isə bu necə təmin edilir? Bu śāstra da göstərilmişdir: yasyājñayā bhramati sambhṛta-kāla-cakro govindam ādi-puruṣaṁ tam ahaṁ bhajāmi. Günəş planeti də bu planet kimi bir planetdir. Bu planetdə bir cox başçı ola biləcəyi kimi, ancaq əvvəldən yalnız bir başçı vardır, o vaxt bunun kimi hər planetdə bir başçı vardır. Günəş planetində bu mə'lumatı Bhagavad-Gitadan alırıq. Krişna belə deyir: " Imaṁ vivasvate yogaṁ proktavān aham avyayam: (BG 4.1) "Bu Bhagavad-gītā elmini ilk olaraq Vivasvāna anlatdım." Vivasvān günəş planetinin başçısıdır və Manu da onun oğludur. Bu zamandır və bu zaman davam edir. Buna Vaivasvata Manu dövrü deyilir. Vaivasvata- Vivasvāndan olan, Vivasvānın oğlu demekdir. Onun adı Vaivasvata Manudur.