AZ/Prabhupada 0054 - Hərkəs Krişnaya Yalnız Zəhmət Verir



His Divine Grace Srila Bhaktisiddhanta Sarasvati Gosvami Prabhupada's Appearance Day, SB 6.3.24 -- Gorakhpur, February 15, 1971

Māyāvādī mütləq doğrunun nirākāra, ya da qeyri-şəxsi olduğunu ispatlamaq istəyir. Kṛṣṇa sizə ağıl verdi: " Bəli, bunu deyirsiniz. Bu fikri, o fikri deyirsiniz." Krişna da bunları verir...Tanrının necə işlədiyinə aid bir Benqali atalar sözü var. Bir adam -ailənin böyüyü Tanrıya dua edirmiş, "Əziz Tanrım, bu gecə mənim evimə oğru girməsin, soyğun olmasın. Xahiş edirəm məni qoru". Adam belə dua edirmiş. Başqa bir adam da -oğru- o da dua edirmiş. "Əziz Tanrım, bu gecə bu evi soyacam. Xahiş edirəm mənə kömək et, bir şey oğurlaya bilim". İndi Krişnanın mövqeyi nədir? (gülüşmələr). Krişna hamının qəlbindədir. Buna görə də hamının duasına cavab verməlidir. Soyquncu- oğru, ailənin böyüyü-cox dua var. Krişnanın tənzimləməsi... Amma o hələ... Bunu necə yaxşı tənzimləməsi onun ağlıdır. Hamıya azadlıq, sərbəstlik verir, fürsət verir amma yenə də onu narahat edirlər. Buna görə Krişna sadiqlərə bunu tövsiyə edir. " Plan qurmayın, Ay axmaq, Məni narahat etmə.(gülmələr). Mənə təslim ol. Mənim planıma görə hərəkət et; xöşbəxt olacaksan. Sən plan qurursan bədbəxt olursan (gülürlər). Mən də kefsiz oluram. Hər gün bir cox plan gəlir və mən bunları yerinə gətirməliyəm." Amma O mərhəmətlidir. Əgər bir... Ye yathā māṁ prapadyante tāṁs... (BG 4.11). Krişnanın sadiqi belə Ona yalnız zəhmət, zəhmət, zəhmət verir. Buna görə onlara duṣkṛtina deyilir. Duṣkṛtina, ən vicdansız olan, vicdansızlar. Plan qurmayın. Krişnanın planını qəbul edin. Bu yalnız Krişnaya zəhmət vermək olur. Buna görə bir sadiq necə yaşayacağı üçün narahat olub dua etməz. Bu əsl fədaidir. Nə qədər çətinliklə yaşasa da, Krişnaya problem çıxarmaz. Heç nəyi olmasa da acı çəkər, oruc tutar amma yenə də Krişnadan heç bir şey istəməz, "Krişna cox acam, Mənə bir az yemək ver" deməz. Əlbətdə ki, Krişna öz sadiqinə diqqət edər, amma bir sadiqin Krişnadan öz planlarını istəməməsi əsas prinsibi olmalıdır. Qoyun Krişna etsin. Biz sadəcə Kişnanın planıyla hərəkət etməliyik. Bəs planımız nədir? Krişna deyir ki, planımız bu; sarva-dharmān parityajya mām ekaṁ śaraṇaṁ (BG 18.66). Man-manā bhava mad-bhakto mad-yājī. Elə isə bizim planımız eynidir. Biz yalnız Krişnanı təbliğat edirik. "Krişna şüurlu olun." Biz Krişna şüuruna necə gəldiyimizi, Krişnaya necə ibadət etdiyimizi, Krişnanın adını, transendental adını necə titrəşimlərlə oxuyaraq küçədə necə gəzdiyimizi göstərərək başqalarına nümunə olmalıyıq. İndi Krişnanın prasadamını paylayırıq. Bizim işimiz mümkün olduqca insanları Krişna şüuruna təşviq etməkdir. Bu qədər. Bunu planlaya bilərsən, çünki o, Krişnanın planıdır. Amma buna da Krişna razılıq verməlidir. Özünün fikirləşdiyin planı qurma. Buna görə sənə Krişnanın bir təmsilçisi lazımdır. Bu da mə'nəvi müəllimdir. Yəni böyük bir plan və böyük bir lahiyə var. Buna görə biz də mahājanaların addımlarından getməliyik. Burada deyildiyi kimi; dvādaśaite vijānīmo dharmaṁ bhāgavataṁ bhaṭāḥ. Deyir ki, "Biz, seçilmiş mahājanalar, Kṛṣṇanın təmsilçiləri, bhāgavata-dharmanın, Kṛiṣṇa dharmanın nə olduğunu bilirik." Dvādaśa. Dvādaśa. Dvādaśa on iki ad deməkdir, göstərdiyimiz kimi: svayambhūr nāradaḥ śambhuḥ... (SB 6.3.20). Açıqlamışdım. Yamarāja demiş ki, "Yalnız biz, on iki adam, Kṛṣṇanın təmsilçiləri, bhāgavata-dharmanın nə olduğunu bilirik." Dvādaśaite vijānīmaḥ. Vijānīmaḥ "biz bilirik" demekdir. Dharmaṁ bhāgavataṁ bhaṭāḥ, guhyaṁ viśuddhaṁ durbodhaṁ yaṁ jñātvāmṛtam aśnute. "Biz bilirik." Buna görə tövsiyə edilir ki, mahājano yena gataḥ sa panthāḥ (CC Madhya 17.186). Bu mahājanaların tövsiyə etdiyi kimi, Kṛṣṇanı ya da ruhi xilas olmanı başa düşməyin gerçək yolu budur. Brahma-sampradāyanın arxasından gedirik, birincisini, Svayambhū. Brahma, sonra Narada, Naradadan sonra Vyasadeva. Beləcə Madhvācārya, Śrī Caitanya Mahāprabhu, beləcə. Yə`ni bugün, Śrī Bhaktisiddhānta Sarasvatī Gosvāmī Prabhupādanın yolundan getdiyimiz üçün, yə`ni bu, bugün onun yaradıldığı gündür. Onun tithisini olduqca hörmətlə və Bhaktisiddhānta Sarasvatī Gosvāmīyə dua etməliyik. "Sənin xidmətinlə məşğuluq. Bizə güc ver, ağıl ver. Sənin xidmətçin tərəfindən istiqamətləndirilirik" Belə dua etməliyik və deyesən axşam prasādam paylayacağıq.