AZ/Prabhupada 0053 - İlk İşimiz Eşitməkdir



Lecture on SB 2.1.5 -- Delhi, November 8, 1973

Biz də prakṛtiyiz. Biz də Tanrının enerjisiyik və biz maddənin mənbələrini istifadə etməyə çalıştığımızdan ötrü maddi şeylərin qiyməti var. Yoxsa heç dəyəri yoxdur, sıfır. Amma bizim işimiz... Burda göstərilir, maddə ilə əlaqəli olduğunuzdan...Maddə bizim işimiz deyil. Bizim tək işimiz-maddənin xaricinə necə çıxacağımızdır. Əsl işimiz budur. Bu işi istəyirsəniz pesepti burdadır. Nədir o? Śrotavyaḥ kīrtitavyaś ca. Eşidməzsəniz mövqeyinizi necə başa düşərsiniz? Tanrını-Krişnanı başa düşdüyünüzdə, onun ayrılmaz bir parçası olduğunuzu başa düşdüyünüzdə, ya da Krişnanı başa düşdüyünüzdə o vaxt mövqeyinizi başa düşə bilərsiniz. Biz Tanrının ayrılmayan bir parçasıyıq. Krişna Ali Şəxsdir, ṣaḍ-aiśvarya-pūrṇam, var-dövlətlə doludur. Eyni, küçədə gəzən dəli bir oğul kimi, beyni çalışsa anlayar ki, "Mənim atam cox varlı, cox güclü və mən niyə dəli bir adam kimi küçələrdə gəzirəm.? Yeməyim yox, qalmağa yerim yox. Qapı-qapı düşüb dilənirəm" deyə anladığında, o vaxt şüuru yerinə gəlir. Buna brahma-bhūta (BG 18.54) mərhələsi deyilir. "Ah, mən bu maddə deyiləm. Mən bir ruham, Tanrının ayrılmaz bir parçasıyam." Şüur budur. Biz bu şüuru canlandırmağa çalışırıq. İnsanlara verə biləcəyimiz ən yaxşı sosial xidmət budur - yox olan şüurlarını canlandırmaqdır. Axmaq kimi fikirləşir ki, mən maddi bir şeyəm və bu maddi dünyadaki işlərimi düzəltmək məcburiyyətindəyəm." Bu axmaqlıqdır. Əsl zeka Brahma-bhūta, ahaṁ brahmāsmi'dir. Ahaṁ brahmāsmi "Mən Tanrının ayrılmaz bir parçasıyam, Tanrı Ali Brahmandır. Mən ayrılmaz bir parçası kimi...Eyni qızılın, qızıl mədəninin ayrılmaz bir hissəsi kimi, kiçik bir sırqa ola bilir, amma o da qızıldır. Bunun kimi dənizin suyunun ən kiçik damcısı da dənizlə eyni xüsusiyyətdədir-duzludur. Bunun kimi Tanrının ayrılmaz bir parçası olduğumuz üçün bizdə də eyni xüsusiyyətlər var. Xüsusiyyətcə birik. Niyə həmişə sevgiyə həsrət çəkərik? Çünki, Krişnaya sevgi var. Rādhā-Kṛṣṇaya pərəstiş edərik. Əsl olaraq sevgi var. Bu səbəblə də biz də Tanrının bir parçası olaraq sevməyə çalışırıq. Bir kişi bir qadını sevməyə çalışır, kadın kişini sevməyə çalışır. Bu təbiidir. Bu suni deyil. Amma material örtünün altında azdırılmışlar. Qüsur budur. Bu maddi örtüdən xilas olduğumuzda , biz xüsusiyyətcə ānandamayo 'bhyāsāt (Vedānta-sūtra 1.1.12), sevinclə... Kṛṣṇanın "hər zaman rəqs edir" olması kimi... Krişnanı əsla...Krişnanın şəkillərini görmüsüz. Kaliya ilanı ilə savaşır. Rəqs edir. İlandan qorxmur. Rəqs edir. Rāsa-līlāda gopīlərlə etdiyi kimi, ilanla da rəqs edir. Çünki, O ānandamayo 'bhyāsāt. O ānandamayadır, həmişə sevinclidir. Həmişə. Görürsünüz Krişna...Krişna...Kurukṣetrada savaşın davam etməsi kimi. Krişna şəndir. Arcuna kefsizdir, çünki, o yaşayan bir canlı, amma Krişna kefsiz olmaz. O sevinclidir. Bu Tanrının təbii halıdır. Ānandamayo 'bhyāsāt. Sūtra belədir, Brahma-sūtrada "Tanrı ānandamayadır, hər zaman şən və xöşbəxtdir." Siz də evə geri qayıdanda, Tanrının yanına geri qayıdanda xöşbəxt olabilirsiniz. Problemimiz bu. Bəs ora necə gedəcəyik? Ən əvvəl eşidməliyik. Śrotavyaḥ. Yalnız Tanrını eşidməyə çalışın, Onun Krallığını, necə hərəkət etdiyini, sevincini. Bunlar eşidilməlidir. Śravaṇam. Razılaşdığınız vaxt "Oh , Tanrım cox yaxşı" deyəcəksiniz və o vaxt bu xəbərləri bütün dünyaya göstərməyə ya da eşiddirməyə can atacaqsınız. Bu kīrtanamdır. Bu kīrtanamdır.