AZ/Prabhupada 0055 - Krişnaya Eşitmək Yoluyla Toxunmaq
(Redirected from AZ/Prabhupada 0055 - Krişnaya Eşitmə Yoluyla Toxunmaq)
Lecture on BG 2.18 -- Hyderabad, November 23, 1972
Caitanya Mahāprabhunun qabaqcadan demiş ki; "Dünyada nə qədər kənd və qəsəbə varsa, hər yerdə Tanrı Çaitanyanın adı qeyd olunacaq. "Bu olur. Dünyada Hare Krişna inanışını tanıdmaq üçün cox yer var. Bu tətbiq edilə bilər. Təəssüflər olsun ki, Caitanya Mahāprabhu Hindlilərə inanmış olsa da ...Benqalilərə deyil, Benqaldə ortaya cıxdı. Əsla Benqallilər üçün demədi. Dedi ki, bhārata-bhūmite manuṣya-janma haila yāra (CC Adi 9.41). "Bhāratavarṣanın bu müqəddəs torpaqlarında, insan formasında doğulan hər kəs, öz həyatını mükkəmməl hala gətirməlidir." Janma sārthaka kari'. Öz həyatını mükəmməl hala gətirmədən, bu tə'limləri başqalarına yaya bilmərsiniz. Özümdə əskik olursa, tə'limləri yaya bilmərəm. O şəxs qüsursuz olmalıdır. Bu cox çətin deyil. Bizə müdriklərdən, Tanrıdan-Krişnadan, Onun özündən yol göstərilir. Həyatımızı mükəmməl etmək heç çətin deyil. Sadəcə biz laqeydlik edirik. Bu bizim talehsizliyimizdir. Mandāḥ sumanda-matayo manda-bhāgyāḥ (SB 1.1.10). Manda, manda-mataḥ olduğumuz üçün, suni bir məntiq saxtalığını qəbul etdiyimiz üçün zamanımızı boşa keçirdirik. Şāstradan doğru yolu qəbul etməliyik. O vaxt ağıllı olacağıq. Su-medhasaḥ. Yajñaiḥ saṅkīrtana-prāyair yajanti hi su-medhasaḥ (SB 11.5.32). Qısa yolu. Ağıllı İnsan cəmiyyəti, ruhi olaraq inkişaf etmək üçün bu saṅkīrtana hərakatını qəbul edəcəkdir. Bu doğrudur, elmidir və də təsdiq olunmuşdur. Ona görə laqeyd olmayın. Hər yerdə ürəkdən Hare Krişna oxuyun. Niyamitaḥ smaraṇe na kālaḥ. " Bu ya da o saatda oxuyacaqsan, o şəkildə ya da bu şəkildə oxuyacaqsın" deyə qayda və tənzimləmə yoxdur. Xeyir. Şəxsən aşağı səviyyəli ruhlar üçün olduğundan qatı bir qayda yoxdur. Nāmnām akāri bahudhā nija-sarva-śaktis tatrārpitā niyamitaḥ smaraṇe na kālaḥ. Ad, Krişnanın müqəddəs adı da Krişna qədər güclüdür. Krişna və adı arasında fərq yoxdur. Krişna Mütləqdir. Buna görə Krişnanın adı, Krişnanın forması, Krişnanın xüsusiyyəti, Krişnanın ətrafı, Krişnanın fəaliyyətləri ilə Krişna arasında fərq yoxdur. Hər şey Krişnadır. Əgər Krişna haqqında eşitsəniz, o vaxt Krişnaya eşitmək yolu ilə toxunduğunuzu .bilməlisiniz Əgər Krişnanın Murtisini görsəniz, bu o deməkdir ki, siz Onu şəxsən görürsünüz. Çünki, Krişna Mütləqdir. Hər cür xidmətini qəbul edəcəkdir. Çunki, O hər şeydir. Īśāvāsyam idaṁ sarvam (ISO 1). Onun enerjisi. Parasya brahmaṇaḥ śaktis tathedam akhilaṁ jagat. Hər şey Kṛṣṇanın enerjisidir. Əgər Kṛiṣṇanın enerjisiyle əlaqəliysək, bir az biliklə Kṛiṣṇa ilə birbaşa olaraq da əlaqədəyik. Proses budur. Davamlı Kṛiṣṇa ilə əlaqədəysək, bu Kṛiṣṇa şüurudur. O vaxt təmizlənirsiniz. Təmizlənirsiniz. Eyni dəmir bir çubuğu oda qoymaq kimidir. Qızar, qızar, qızar və axırda qıpqırmızı olar. Tamamilə qızdığında da oddur. Artıq dəmir çubuq deyildir. Bunun kimi həmişə Krişna şüurunda olsanız Krişnalaşmış olursunuz. Beledir. O vaxt hər şey təmizlənir və ruhi həyat ortaya çıxar. O vaxt da həyatınız müvəffəqiyyətli olur.