AZ/Prabhupada 0074 - Niyə Siz Heyvanları Yeməlisiniz



Lecture on BG 4.21 -- Bombay, April 10, 1974

Hər şey Bhagavad-gītāda təsvir edilib. Bhagavad-gītā "Hava ilə yaşa" demir. Xeyir. Bhagavad-gītā deyir ki: bhavanti bhūtāni (BG 3.14). Anna. Anna taxıldan olan qidalar deməkdir. Taxıldan olan qidalara ehtiyac var. Annād bhavanti bhūtāni. Bhagavad-gītā heç bir vaxt "yeməyə ehtiyacınız yoxdur. Yalnız nəfəs al və yogayla məşğul ol." demir. Xeyir. Amma nə cox, nə də az yeməliyik. Tövsiyə edilən budur. Yuktāhāra-vihārasya. Nə cox, nə də az yeməliyik və nirāśīḥ. Nirāśīḥ-ehtiyacın olandan daha coxu arzu etmek deməkdir. İndiki vaxtda getdikcə daha cox hisslərimizi məmnun etməyi arzu edirik. Bu lazım deyil. Əgər həyatda mükəmməllik istəyirsinizsə, bunun adı tapasyadır. Hər şəxsin arzusu vardır, amma o lazımsız yerə arzu etməməlidir. Yemək hamının haqqıdır, heyvanların da. Hamının haqqıdır. Amma daha cox zevq almaq istədiyimiz üçün, heyvanlara normal yaşamaq üçün fürsət vermirik. Əksinə heyvanları yeməyə çalışırıq. Buna ehtiyac yoxdur. Buna nirāśīḥ deyilir. Hayvanları niyə yeyirsiniz? Bu vəhşi bir həyatdır. Heç yemək yoxdusa, onlar aboricindilərsə, heyvanları yeyə bilərlər, çünki onlar yemək üşün bir şey yetişdirməyi bilmirlər. Amma insan cəmiyyəti mədəni olduğunda, bir cox şey yetişdirə bilər. O inəkləri yemek yerinə onlara baxa bilər. Sütünü sağa bilər, kifayət qədər süt. Sütdən və taxıldan bir cox yemək hazırlaya bilərlər. Buna görə də daha cox zevq almaq üçün lazımsız yerə arzu etməməliyik. Sonra burda deyilir ki, kurvan nāpnoti kilbiṣam. Kilbiṣam -günahkar bir həyatın nəticəsi olan fəaliyyət deməkdir. Kilbisam. Yə`ni bizə lazım olandan artığını arzu etməzsək, o vaxt günahkar fəaliyyətlərə qarışmış olmarıq- kurvan api- işləsək də. İşlədiyimizdə, bilərək, ya da bilməyərək, dini olmayan, hətta günahkar şeylər etmək məcburiyyətində ola bilirsiniz, amma yalnız normal yaşamağı arzu etsəniz, o vaxt -kurvan nāpnoti kilbiṣam. Bizm həyatımızda heç bir günahkar davranış olmamalıdır. Yoxsa əzab çəkmək məcburiyyətində oluruq. Amma onlar bir cox iyrənc həyat görmələrinə baxmayaraq inanmırlar. 8,400,000 növ həyat hardan gəlir? Cox iyrənc şəraitlərdə yaşayan cox həyat var. Əlbətdə heyvan ya da canlı varlıq bilmir, amma biz insanıq, bu iyrənc həyatın səbəbi nədir bilməliyik. Bu māyānın əksidir. İnsan, eyni bir... donuz cox pis bir vəziyyətdə yaşayır, nəcis yeyir və yenə də elə bilir ki, cox xoşbəxtdir və buna görə kökəldiyini zənn edir. İnsan özünü xoşbəxt hiss etdiyində " Mən cox xoşbəxtəm" fikirləşir və buna görə kökəlməyə başlayır. Belə donuzlara rast gələcəksiniz, onlar cox kökdülər amma nə yeyirlər? Nəcis yeyirlər və cox pis yerdə yaşayırlar. Amma onlar belə fikirləşirlər; " Biz cox xöşbəxdik". Bax bu māyānın əksidir. Cox iyrənc bir yerdə həyat keçirənlər, māyānın təsiri ilə, fikirləşirlər ki, hər şey yaxşıdır və onlar mükəmməl yaşayırlar. Amma daha yüksək şüurda olan insan onun necə iyrənc bir vəziyyətdə olduğunu görür. Yə`ni illuziya var, amma insan biliklə, yaxşı adamların fikirləri ilə, śāstradan, gurudan, müdrük insanlardan təlimat alaraq həyatın qiymətini başa düşüb və o cür yaşamalıdır. Yəni bu Krişnanın təlimatıdır, bu nirāśīḥ, insanın həyatı həddindən artıq lazım olmayan arzularla dolu olmamalıdır. Bu "nirāśīḥ" adlanır. Nirāśīḥ. Bunun başqa bir mənası da maddi zevklərə həddindən artıq düşkün olmamaqdır və bunu tamamilə bildiyində ki, "Mən bu bədən deyiləm. Mən ruh canım. Mənim ehtiyacım olan ruhi bilikdə necə inkişaf edəcəyimdir". Sonra o nirāśīḥ ola bilər. Tapasyanın, aza qane olmağın, kəfarətin maddələri bunlardır. İndi insanlar unudublar. Onlar askeza nədir bilmirlər. Amma insan həyatı bu məqsəd üçün vasitədir. Tapo divyaṁ putrakā yena śuddhyet sattvaṁ yena brahma-saukhyam anantam (SB 5.5.1). Bunlar śāstranın tə'limatlarıdır. İnsan həyatı tapasya üçündür. Və tapasya....Buna görə Veda yaşama şəklində həyatın başlanğıcı tapasiyadır, brahmacārī, brahmacārī. Bir şagird brahmacarya olmaq üçün gurukulaya göndərilir. Bu tapasyadır, narahat həyat. Yerdə yatmaq, qapıdan qapıya gəzib guru üçün nəzir dilənmək. Amma yorulmurlar. Çünki, onlar uşaqdırlar, bu əziyyətlər tə`limdir, bu onlar üçün təcrübə olur. Bütün qadınlara "Ana " deyərlər. "Ana bizə nəzir ver" və Qurunun yanına qayıdarlar. Hər şey quruya aiddir. Bu brahmacārī həyatıdır. Bu Tapasyadır. Tapo divyam (SB 5.5.1). Bu Veda mədəniyyətidir, həyatlarının başından etibarən uşaqları tapasyalar, brahmacaryalar tərbiyə edirlər. Bəkarətli qalacağına and içməlidır. Bir brahmacārī heç gənç qadın görə bilməz. Əgər Qurusunun həyat yoldaşı cavandısa, onu da görə bilməz. Məhdudlaşmalar bunlardır. İndi hardadı brahmacarya? Brahmacārī yoxdur. Bu Kali-yugadır. Tapasya yoxdur.