AZ/Prabhupada 0079 - Mənim Bir Əməyim Yoxdur



Lecture on SB 1.7.6 -- Hyderabad, August 18, 1976

İndi bu xaricilər, onlar nə Hindular,nə hindlidilər, nə də brāhmaṇadılar. Bunu necə qəbul edirlər? Onlar ağılsız ya da axmaq deyillər. Onlar hörmətli, təhsilli ailələrin üzvləridirlər. İranda da mərkəzimiz var bizim. Tehranda, mən ordan yeni gəldim. Coxlu müsəlman şagirdlərimiz var və onlar da bunu mənimsədilər. Afrikada da mənimsədilər. Avstraliyada da mənimsədilər. Bütün dünyada. Bax, Caitanya Mahāprabhunun misyası budur.

pṛthivīte āche yata nagarādi grāma
sarvatra pracāra haibe mora nāma
(CB Antya-khaṇḍa 4.126)

Bu Tanrı Caitanya Mahāprabhunun əvvəlcədən dedikləridir. Bütün dünyada nə qədər kənd və qəsəbə varsa, hamısında bu Krişna şüuru hərakatı yayılacaq. Belə ki, burda mənim heç bir əməyim yoxdur, bu yalnız kiçik bir cəhddir və təvazökar bir cəhd. O vaxt desəniz ki, bir adam müvəffəq olursa, biz hamımız niyə olmayaq? Caitanya Mahāprabhu bütün Hindlilərə vəkalət verdi, Bhārata-bhūmite haila manuṣya-janma yāra (CC Adi 9.41). O manuṣya ilə danışır, pişiklərlə və itlərlə deyil. Yə`ni manuṣya-janma yāra janma sārthaka kari'. Əvvəlcə həyatın məqsədinin nə olduğunu başa düşməyə çalışın. Buna janma sārthaka deyilir. Janma sārthaka kari' kara para-upakāra. Gedin. Kṛiṣṇa şüuruna hər yerdə çox ehtiyac var.