AZ/Prabhupada 0092 - Krişnanı Məmnun Edə Bilmək Üçün Hislərimizi Tərbiyə Etməliyik



Lecture on BG 2.20-25 -- Seattle, October 14, 1968

Bu maddi dünyadaki hər kəs, bu hissi zevqin tələsinə düşmüş, istəyirsə yüksək planetlərdə olsun, istəyirsə aşağı planetlərdə olsun. Heyvanlar aləmində hissi implus olduğu kimi, insanlarda da vardır. Bu insan nədir? Biz mədəni varlıqlarıq, nə edirik? Eyni şeyi. Yemek yeyirik, yatırıq, cinsi əlaqədə oluruq. Bir itin etdiyi ilə eyni şeyi. Beləki, bu maddi dünyada hər yerdə, istəyirsə yüksək planetlərdə olsun, istəyirsə aşağı planetlərdə olsun bu hissi məmnuniyyət ən başdadır. Yalnız ruhi dünyada hissi məmnuniyyət yoxdur. Orda yalnız Krişnanı məmnun etmək istəyi var. Burda hamı öz hislərini məmnun etməyə çalışır. Maddi dünyaynın qanunu budur. Maddi həyat budur. Duyğularını məmnun etdiyin müddətcə bu maddi dünyadır və özünü Krişnanın hislərini məmnun etməyə çevirdiyin zamandan etibarən, bu sənin ruhi həyatındır. Bu cox sadə bir şeydir. Özünü məmnun etməkdənsə... Hrsikena hrsikesa-sevanam (CC Madhya 19.170). Bhakti budur. Sənin hislərin var. Sən onu məmnun etməyə məcbursan. Hislər, hislərini məmnun etməyə məcbursan. Özünü məmnun etmək ya da ...Amma bilmirsən. Şərtlənmiş ruh bilmir ki, Krişnanın hislərini məmnun etdiyində, avtamatiq olaraq öz hisləri də məmnun olacaq. Eyni misal. Bir bitkinin kökünü sulamaq kimi...Ya da bu barmaqlar, mənim bədənimin kiçik hissələridir, mə`dəyə yemək göndərdiklərində, avtamatiq barmaqlar da məmnun olacaqlar. Bu sirri bilmirik. Biz zənn edirik ki, öz hislərimizi məmnun etdiyimizdə xoşbəxt olacağıq. Krişna Şüuru öz hislərini məmnun etməyə çalışmamaq deməkdir. Krişnanın hislərini məmnun etməyə çalışın, avtomatiq olaraq sənin hislərin də məmnun olacaqdır. Krişna şüurunun sirri budur. Qarşı tərəfdəkilər, belə fikirləşirlər, "Ah, mən niyə məmnun edim ki? Niyə gecə-gündüz Krişna üçün çalışmalıyam? Karmilər üçün işləməyə çalışım. Eyni, siz gecə-gündüz Krişna üçün işlədiyinizdə, onlar belə fikirləşlər; " Nə axmaqdılar. Biz cox ağıllıyıq. Biz gecə-gündüz öz hislərimizin məmnuniyyəti üçün işləyirik və onlar niyə Krişna üçün işləyirlər?" Bu materialistlə ruhi olanın arasındaki fərqdir. Ruhi həyat üçün çalışanların səyi gecə-gündüz yorulmadan, heç durmadan, sırf Krişna üçün işləməkdir. Ruhi həyat budur və materialist eyni səylə, davamlı şəxsi hislərini məmnun etmək üçün çırpınmaq deməkdir. Materyalistlə və ruhi olan arasındaki fərq budur. Beləki KŞH, hislərimizi Krişnayı məmnun etmək üçün tərbiyə etmək deməkdir. Vəssalam. Bu qədər uzun vaxtda, əvvəllər, cox-cox minıərcə və milyonlarca həyatlar ərzində biz ancaq öz hislərimizi, şəxsi hislərimizi məmnun etməyə çalışdıq. Bu həyatı da Krişnanı məmnun etməyə fəda edək. Krişna şüuru budur. Bir həyat. Bir cox həyatda biz öz şəxsi duyğularımızı məmnun etməyə çalışdıq. Ən azından bu bir həyatda da bunu təcrübə edək, görək nə olacaq. Buna görə biz itirən deyilik. Öz hislərimizi məmnun etmədiyimizə görə narahat olsaq da, biz itirmirik. Yalnız Krişnanın hislərini məmnun etməyi çalışın. O vaxt hər şey yoluna düşəcək.