AZ/Prabhupada 0093 - Bhagavad-Gita Da Krişnadır



Lecture on Brahma-samhita, Lecture -- Bombay, January 3, 1973

Śrīmad-Bhāgavatam, Vedānta-sūtranın orjinal izahıdır. Beləki Vedānta-sūtrada, Vedānta-sūtranın izahında, Śrīmad-Bhāgavatam belə deyir,

janmādy asya yataḥ anvayāt itarataś ca artheṣu abhijñaḥ
tene brahma hṛdā ādi-kavaye muhyanti yatra sūrayaḥ
(SB 1.1.1)

Bu açıqlamalar var. Yə'ni- ādi-kavi, ādi-kavi - Brahmā deməkdir. Brahmā, Ādi-kavi. Yə'ni tene brahma. Brahmā śabda-brahman mə`nasındadır, Veda ədəbiyyatı. Yə`ni O, Brahmānın qəlbinə tə'limat verdi ya da köçürdü. Çünki, yaradılma zamanı Brahma tək insandı, başlanqıcda yaşayan tək varlıqdı. Belə bir sual verilə bilər; "Brahma Veda biliyini necə öyrəndi?". Bu açıqlanır: tene brahma...Brahma. Brahma Veda ədəbiyyatı deməkdır. Śabda-brahman. İnformasiya, Tanrının təsviri də Brahmandır. Brahman mütləqdir. Brahman ilə Brahmanı təsvir edən ədəbiyyatlar arasında fərq yoxdur. Eyni, Bhagavad-Gita və Krişna kimi, orda bir fərq yoxdur. Bhagavad-Gita da Krişnadır. Bhagavad-Gita Krişna deyilsə, niyə bu kitaba hörmət göstərilsin, bu qədər vaxtdır, bu qədər uzun vaxt ərzində, beş min ildir niyə bu kitaba hörmət göstərilsin? Bu günlərdə nəşr olunan bir cox ədəbiyyat əsəri, kitablar var. Bir il, iki il, üç ilden sonra qurtardı. Heç kimin ağlına da gəlmir. Heç kim oxumur. Dünya tarixindəki hər hansı bir əsəri götürün, heç bir ədəbiyyat əsəri beş min il ərzində ola bilməz ki, filosoflar, din alimləri, akademiklər tərəfindən təkrar-təkrar oxunsun. Niyə? Çünki, O Krişnadır. Krişna... Bhagavad-Gita Bhagavan arasında bir fərq yoxdur. Śabda-brahman. Bu səbəblə Bhagavad-gītā adi bir ədəbiyyat kimi qəbul edilməməlidir, yetərsiz biliyi olan biri onun haqqında danışa bilməz. Xeyir. Bu mümkün deyildir. Axmaqlar və yaramazlar, onlar bu yetərsiz bilgiləri ilə Bhagavad-Gitaya haqqında bir şey yazmağa cəhd edirlər. Bu mümkün deyildir. Bu śabda-brahmandır. Bu, Krişnaya sadiq olan biri üçün aşkar olunacaq. Yasya deve parā bhaktir yathā deve... Bunlar Veda tə'limatlarıdır.

yasya deve parā bhaktir
yathā deve tathā gurau
tasyaite kathitā hy arthāḥ
prakāśante mahātmanaḥ
(ŚU 6.23)

Ortaya cıxar. Bu görədə Veda mətinlərində-ortaya cıxar- deyir. Bu mənim ABCD biliyimlə analaya biləcəyim bir şey deyil . Bir dənə Bhagavad-Gita ala bilərəm və qrammatikanı bildiyimə görə onu anlaya bilərəm. Xeyir. Vedeṣu durlabha. Brahma-saṁhitā'da vedeṣu durlabha deyilir. Siz Veda mətinlərini əbəbi öz səviyyənizlə ya da biliyinizlə öyrənməyə davam edirsiniz- durhabla. Bu mümkün deyil. Vedeṣu durlabha. Buna görə Bhagavad-gītānı öz qondarma bilikləri ilə şərh etməyə çalışan cox insan var, amma heç kim onlara ciddi baxmır. Onlar bir adamı belə Krişna sadiqi edə bilməzlər. Bunu deyirəm. Sizin Bombayda Bhagavad-Gitanı illərdir açıqlayan cox insan var, amma bir adamı belə Krişna sadiqi edə bilmədilər. Biz bunu rahat deyə bilirik. Amma bu Bhagavad-Gita, indi olduğu kimi açıqlanmaqdadır, minlərcə və minlərcə Avropalı və Amerkalı, hansı ki, onların ataları və ailələri Krişnanın adını belə bilməz ikən, onlar sadiq olurlar. Müvvəqiyyətin sirri budur. Amma bu axmaq insanlar bilmirlər. Onlar Bhagavad-Gitanı öz axmaq bilikləriylə şərh edirlər. Fikirləşirlərki, Bhagavad-Gitanı izah edə biləcəklər. Bu mümkün deyil. Nāhaṁ prakāśaḥ yogamāyā-samāvṛtaḥ. Kṛiṣṇa bu axmaqlara və boşboğazlara açıq deyil. Kṛiṣṇa qətiyyən açıq ortada deyil. Nāhaṁ prakāśaḥ sarvasya (BG 7.25). O, bu axmaqların və boşboğazların anlayacağı qədər ucuz bir şey deyil. Bu mümkün deyildir. Kṛiṣṇa belə deyir, nāhaṁ prakāśaḥ sarvasya yogamāyā-samā... (BG 7.25).

manuṣyāṇāṁ sahasreṣu
kaścid yatati siddhaye
yatatām api siddhānāṁ
kaścid vetti māṁ tattvataḥ
(BG 7.3)