AZ/Prabhupada 0095 - Bizim İşimiz Təslim Olmaqdır



Lecture on BG 4.7 -- Bombay, March 27, 1974

Biz təslim oluruq amma Kṛiṣṇaya təslim olmuruq. Bu xəstəlikdir. KŞH bu xəstəliyi müalicə etmək üçündür. Bu xəstəliyi sağaldın. Kṛiṣṇa da gələcək. O belə deyər, yadā yadā hi dharmasya (BG 4.7). Dharmasya glāniḥ, yə`ni dinin gedişatında fərqlər olduğunda, Krişna deyir ki, adātmānaṁ sṛjāmy aham və abhyutthānam adharmasya. Orada iki şey var. İnsanlar Kṛṣṇaya təslim olmadıqlarında, onlar başqa "Kṛiṣṇalar" yaradırlar, orada da təslim olan o qədər alşaqlar varki. Bu adharmasyadır. Dharmanın mə`nası Kṛṣṇaya təslim olmaqdır amma Kṛṣṇaya təslim olmak yerinə, onlar pişiklərə, itlərə, ona, buna bir cox şeyə təslim olmaq istəyirlər. Bu adharmadır.

Kṛiṣṇa sözdə Hindu dinini, İslamı ya da Xristiyanlığı qurmak üçün gəlmədi. Xeyir. O əsl dini qurmaq üçün gəldi. Əsl din doğru şəxsiyyətə tabe olmamız, təslim olmamız deməkdir. Əsl din budur. Biz təslim oluruq. Hər kəsin bir fikri var. Oraya təslim olur. Ya siyasət, sosyal, iqtisadi, dini ya da herhangi bir şey. Hər kəsin bir fikri var və o fikir lideri də oradadır. Ona görə də bizim işimiz təslim olmaqdır. Bu həqiqətdir. Amma biz hara təslim olacağımızı bilmirik. Çətini də budur və təslimiyyət səhv olduğu üçün ya da yanlış yerə olduğu üçün bütün dünya qarmaqarışıqlıq içindədir.

Biz bu təslimiyyəti o təslimiyyətə dəyişdiririk . "Artıq Kongre partiyası yoxdur. İndi Komünist Partiyası." Sonra təkrar, "Artıq Komünist Partiyası yoxdur. Bu... Bu partiya, o partiya." Partiya dəyiıdirməyin nə xeyri var? Çünki, o ya da bu partiya olsun, onlar Kṛiṣṇaya təslim olmamışlar. Nəticədə Kṛṣṇaya təslim olma nöqtəsinə gələnə qədər, barış olmaz. Məsələ budur. Sadəcə isti tavadan alova keçmək sizi xilas etməyəcək. Buna görə Kṛiṣṇanın son təlimatı belədir:

sarva-dharmān parityajya
mām ekaṁ śaraṇaṁ vraja
ahaṁ tvāṁ sarva-pāpebhyo
mokṣayiṣyāmi...
(BG 18.66)

Yə`ni dini fərqlər o deməkdir ki...Bu Śrīmad-Bhāgavatamda da bəyan edilib. Sa vai puṁsāṁ paro dharmaḥ. Birinci sinif ya da Ali dharma. Paraḥ- ali, transendental deməkdir. Sa vai puṁsāṁ paro dharmo yato bhaktir adhokṣaje (SB 1.2.6). Biz Adhokṣajaya təslim olduğumuzda... Adhokṣaja- ən ali-transendental ya da Kṛṣṇa deməkdir. Kṛṣṇanın bir başqa adı Adhokṣajadır. Ahaituky apratihatā. Ahaitukī- hər hansı səbəb olmadan -deməkdir. Heç bir səbəb olmadan. "Kṛiṣṇa odur- budur, buna görə ona təslim oluram" demek deyil. Xeyir. Heç bir səbəb olmadan. Ahaituky apratihatā. Bu əngəllənə bilməz. Heç kim əngəlləyə bilməz. Əgər siz Kṛṣṇaya təslim olmak istəyirsinizsə, heç bir mane yoxdur, əngəl yoxdur. Bunu hər vəziyyətdə edəbilərsən. Bunu edə bilərsən. Ahaituky apratihatā yayātmā suprasīdati. Sonra sizin ātmā, sənin ātmān, sənin ruhun, zehnin, bədənin məmnun olacaqdır. Proses budur.