AZ/Prabhupada 0096 - Şəxs Olan Bhagavatadan Öyrənməyə Məcburuq



Lecture on BG 13.4 -- Miami, February 27, 1975

Mən bunu fikirləşirəm; "Amerikalı, Hindli, Hindu, Müsəlman" bunların hamısı mənim ürəyimdəki cirklərdir. Ürəyinizi  təmizləyin. Hṛdy antaḥ-sthaḥ abhadrāṇi. Çirkli şeylər mənim ürəyimdədir, ona görə də əgər qəlbimizi təmizləsək, o vaxt  bu anlayışlardan azad olacağıq. Naṣṭa-prāyeṣu abhadreṣu nityaṁ bhāgavata-sevayā (SB 1.2.18) Naṣṭa-prāyeṣu. Əgər biz davamlı olaqar   Śrīmad-Bhāgavatam ya da Bhagavad-gītāya qulaq assaq təmizlənəcəyik. Nityaṁ bhāgavata... Bhagavatanın mə'nası kitap olan Bhagavata və şəxs olan bhagavata. Şəxs olan bhagavata mə'nəvi müəllimdir ya da hər hansı bir sadiqdir. O bhagavatadır, maha-bahagavata, bhagavata. Yə'ni bhagavata-sevayanın mə'nası yalnız Bhagavad-gita və Bhagavatam oxumaq deyil,  eyni zamanda şəxs olan bhagavatadan da öğrənməmiz deməkdir. Bu lazımdır. Caitanya Mahaprabhu belə bir tövsiyə etdi; bhagavata para giya bhagavata-sthane: "Əgər siz Bhagavatanı öyrənmək istəyirsinizsə, o vaxt ruhu idrakı olan şəxs bhagavatanın yanına gedin." 

Professionala deyil. Bunun sizə köməyi olmaz. Rəsmi professionallar- mə'bədə gedirəm, kilsəyə gedirəm və nəhayət yenə eyni cəhhənəm kimi vəziyyətə geri qayıdıram..., xeyir. Siz yalnız şəxs bhagata -yə`ni özünü idrak etmiş ruh ilə əlaqə saxlayın və eyni bu kitabı, eyni biliyi ondan eşidin. Krişnanın nümayəndəsindən. Eyni Krişnanın dediyi kimi- tat samasena me srnu. Me srnu: "Məndən ya da Mənim nümayəndəmdən eşid. O vaxt sənə faydası olacaq" Ona görə də bu mərkəzlər əziyyət içində olan insanlara bir fürsət vermək üçün açılırlar, yalnız bu həyatda deyil, bu həyatdan sonraki həyatlarda da.

ei rupe brahmanda bhramite kona bhagyavan jiva
guru-krsna-krpaya paya bhakti-lata-bija
(CC Madhya 19.151)

Beləki, bu bizim vəzifəmizdir, biz bu vəzifəni Krişnanın adından üstümüzə götürdük. Krişna şəxsən öyrədmək üçün gəlir. Eyni şəkildə, O Srimad-Bhagavatamı da verdi. Sonra O sadiqlərinə bunları bütün insanlara aydınlatmaq vəzifəsini verir. Biz bunu etməyə çırpınırıq. Biz heç bir şey uydurmadıq, yada bizə aid olan hər hansı bir şeyə sahibik. Varlıq və mülk ordadır. Biz yalnız piyada kimi yayırıq. Vəssəlam və biz heç çətinlik çəkmirik. Əgər biz Bhagavad-Gitanı-Krişnanın tə'limatını olduğu kimi təqdim edərsək o vaxt bizim vəzifəmizi yerinə yetirmiş olarıq. Bizim nə bir şey istehsal etməyimizə ehtiyac var, nə də bir şey istehsal etməyə gücümüz var. Bunun kimi bir cox başqaları var.. Onlar yeni fikirlər, yeni cür fəlsəfələr ortaya qoyurlar...., Hamısı boş şeydi. Bunun bir köməyi olmayacaq. Həqiqi biliyi alın.