AZ/Prabhupada 0099 - Krişnanın Dəqqətini Necə Çəkə Bilərsən
(Redirected from AZ/Prabhupada 0099 - Krişna Tarafından Nasıl Farkedilinir)
Lecture on BG 13.4 -- Bombay, September 27, 1973
Yə'ni, biz müxtəlif siniflərdən insanlar mövcud olduğunu görürük, baxmayaraq ki, onların hamısı burda- Bombeydə ya da başqa şəhərdədirlər. Bunun kimi, bütün yaşayan canlılar da eyni xüsusiyyətə malik deyildirlər. Bunlardan bə'ziləri maddi xeyirxahqlıq qunası ilə bağlıdırlar, bə'ziləri maddi ehtiras qunası ilə bağlıdırlar və bə'ziləri də maddi cəhalət qunası ilə bağlıdırlar. Yə'ni cəhalət içində olanlar suya düşmüş kimidirlər. Əgər od suya düşərsə tamamilə sönər. Əgər quru ota bir qığılcım düşsə, o, otun quru olmasından istifadə edib, alovlanaraq təkrar od halına gəlir. Bunun kimi də, xeyirxahqlıq qunasında olanlar özlərində Krişna şüurunu daha asand oyandıra bilərlər. Çünki, Bhagavad-gitada belə deyilir;" yesam tv anta-gatam papam". İnsanlar mə'bədə niyə gəlmirlər? Çətinliyi odur ki, onların bir hissəsi cox dərin cəhalət içindədirlər. Na mam duskrtino mudhah prapadyante naradhamah (BG 7.15). Onlar gələ bilmirlər. Günahkar fəaliyyətlərlə məşğul olanlar, Krişna şüurunu qiymətləndirə bilməzlər. Bu mümkün deyildir. Amma bu fürsət hamıya verilir. Biz, "Xahiş edirik bura gəlin. Xahiş edirik..." deyə yalvarırıq. Bu bizim Krişnanın adından üstümüzə götürdüyümüz işimizdir. Ne vaxt ki, Krişna şəxsən Bhagavad-Gitanı öyrətməyə gəlir və hamıdan soruşur; sarva-dharman parityajya mam ekam saranam vraja (BG 18.66), bizim işimiz budur. Krişna bunu qiymətləndrir; "O, bu insanlar mənim fikirlərimə görə hərəkət edirlər, mən özüm ora getməliyəm. Onlar mənim işlərimi üstlərinə götürdülər". Biz bu işi necə üstümüzə götürürük? Biz yalnız insanlara deyırık ki; " Xahiş edirəm Krişnaya təslim olun". Buna görə biz Krişna üçün cox qiymətliyik. Krişna deyir ki: " na ca tasman manusyesu kascin me priya-krttamah (BG 18.69). Bizim işimiz özümüzü Krişnaya tanıtmaqdır. Birinin Krişna şüurunu qəbul edib etmədiyi bizi maraqlandırmır. Bizim işimiz xahiş etməkdir. Bu qədər. "Əziz cənab, xahiş edirəm bura gəlin, Krişnanın murtisini görün, namaskara təqdim edin, prasadam yeyin və evinizə gedin". Amma insanlar bununla razılaşmırlar. Niyə? Çünki, günahkar fəaliyyətlərlə məşğul olan insanların bunu qəbul etməsi çətindir. Buna görə Krişna deyir ki, yesam tv anta-gatam papam. Bütün günahkar fəaliyyətlərini bitirən şəxs- yesam tv anta-gatam papam jananam punya-karmanam. Kim günahkar həyatdan azad ola bilər? Davamlı xeyirxahq fəaliyyətlərlə məşğul olan şəxs. Əgər siz davamlı xeyirxahq fəaliyyətlərlə məşğul olsanız, günah işləməyə imkanınız olurmu? Ona görə də ən xeyirxahq iş Hare Krişna maha-mantrasını zikr etməkdir. Əgər sən davamlı - Hare Krişna, Hare Krişna, Krişna Krişna- deyə zikr etsən, əgər ağlın davamlı olaraq Krişna şüuru ilə məşğul olsa, o vaxt ağlında başqa şeylərə yer olmayacaq. Bu Krişna şüuru prosesidir. Krişnanı yadımızdan çıxardan kimi- maya ordadır- o dəqiqə o bizi əlinə keçirdə bilər.