AZ/Prabhupada 0100 - Biz Əbədi Olaraq Krişna ilə Əlaqədəyik
(Redirected from AZ/Prabhupada 0100 - Biz Ebediyen Krişna ile İlişkiliyiz)
Lecture on SB 6.1.8 -- New York, July 22, 1971
Beləliklə, biz Krişna ilə əbədiyyən bağlıyıq. Yalnız indiki zamanda biz bunun üstünü basdırıb, unudmuşuq. Ona görə də Krişna ilə heç bir əlaqəmizin olmadığını fikirləşirik. Amma bu həqiqət deyil. Biz Krişnanın kiçik hissəsi olduğumuza görə, əlaqəmiz əbədidir. Yalnız biz bunu bərpa etməliyik. Bu Krişna şüurudur. Krişna şüuru o deməkdir ki... biz indi başqa şüurdayıq. Mən fikirləşirəm ki, Hindliyəm, başqa biri də fikirləşir ki, o Amerkalıdır. Biri də "Mən buyam, mən oyam" deyə fikirləşir. Amma əslində fikirləşməliyik ki, biz Krişnaya aidik. Krişna şüuru budur. "Mən Krişnaya aidəm" və Krişna şüuruna görə Krişna hamı üçündüsə, o vaxt mən də hamı üçün oluram. Yalnız bunu başa düşməyə çalışın. Hindistanda belə bir sistem var ki, bir qızla bir oğlan evləndiklərində, sizin ölkənizdə də, hər yerdə də eyni sistem var. Oğlanın( dayısı, xalası, əmisi, bibisi uşaqları) qohumları qıza "xala" deyirlər. İndi o necə xala olur? Bu onun əriylə əlaqəlidir. Evlənənə kimi o xala deyildi, amma evlənəndən sonra ərinin qohumları, onun da qohumu oldu. Yalnız bu misalı başa düşməyə çalışın. Bunun kimi də, əgər biz Krişna ilə olan əlaqəmizi ya da həqiqətdə olduğu kimi olan əlaqəmizi qurarsaq və Krişna da hamı üçün olduğuna görə, mən də hamı üçünəm. Bu həqiqi ümumibəşər sevgidir. Mərkəz nöqtə ilə əlaqə qurmadığınız müddətcə, həqiqi Ümumbəşər sevgini süni şəkildə yarada bilmərsiniz. Məsələ, siz Amerikalısınız. Niyə? Çünki, siz bu ölkədə doğuldunuz. Başqa bir Amerikalı da sizin ölkənin üzvüdür, amma siz başqa biri olsanız, o vaxt sizin o biri Amerikalılarla əlaqəniz qalmaz. Yə'ni biz Krişna ilə olan əlaqəmizi təkrardan qurmağa məcburuq. O vaxt ümumbəşər qardaşlıq, ədalət, sülh, bolluq problemləri həll olacaqdır. Yoxsa başqa cür mümkün deyil. Əsil nöqtə gözdən qaçır. Sülh və ədalət necə ola bilər? Bu mümkün deyil. Bhagavad-Gitada sülhün düsturu verilmişdir. Sülhün düsturu odur ki, insan anlasın ki, tək zevq alan Krişnadır. Bunun kimi, bu mə'bəddə bizim mərkəzi nöqtəmiz Krişnadır. Əgər biz yemək bişiririksə, bu Krişna üçündür, özümüz üçün deyil. Nəticədə prasadamı biz yesək də, hazırladığımız vaxt bunu özümüz üçün bişirdiyimizi fikirləşmirik. Biz bunu Krişna üçün hazırlayırıq. Biz nəzir yığmağa getdiyimiz vaxt bu o demək deyil ki, kirtan qrupunda olanlar bunu öz mənfəəti üçün edir. Xeyir. Onlar Krişnanın xətrinə, insanları Krişna şüurlu halına gətirmək üçün, nəzir toplayırlar ya da ədəbi əsərləri yayırlar. Nə toplanmışsa da bu Krişna üçün xərclənir. Beləliklə, bu şəkildə hər şeyin Krişna üçün olduğu həyat sistemini tətbiq etdiyimizdə, bu Krişna şüurudur. Eyni şəkildə, nə ilə məşğuluqsa, nə ilə məşğul olmalıyıq: biz yalnız şüurumuzu dəyişdirməliyik. "Mən bunu Krişna üçün edirəm, öz şəxsi mənfəətim üçün deyil". Bu şəkildə Krişna şüurumuzu inkişaf etdirərək, əsl şüurumuza geri gələ bilərik. O vaxt biz xoşbəxt olarıq. Əzəli şüurumuza geri gəlmədiyimiz müddətcə, demək ki, biz fərqli dərəcələrdə dəliyik . Krişna şüurunda olmayan hamıya dəli kimi baxmaq lazımdır, çünki, onlar daimi olmayan bir platformadan danışırlar. Hər şey qurtaracaq. Amma biz canlı varlıqlar əbədiyik. Belə ki, müvəqqəti iş bizim işimiz deyil, bizim işimiz əbədi olmalıdır, çünki, biz də əbədiyik. Bu əbədi iş- Krişnaya necə xidmət etməkdir. Bu barmaq kimi- bu mənim bədənimin kiçik hissəsidir, amma barmağın əsil vəzifəsi bu bədənə necə xidmət edəcəyidir, bu qədər. Burada onun başqa işi yoxdur və bu, barmağın sağlam halıdır. Əgər o bütün bədənə xidmət etmirsə, bu onun xəstə halıdır. Bunun kimi, Krişna əbədidir və biz də əbədiyik. Nityo nityānāṁ cetanaś cetanānām (Kaṭha Upaniṣad 2.2.13). Bunlar Veda tə'limatlarıdır. Ən Ali Əbədi Śrī Kṛṣṇadır və biz də əbədiyik. Biz Ali deyilik, biz onun tabeliyindəyik. Nityo nityānāṁ cetanaś cetanānām. O, ən Ali canlı varlıqdır və biz də onun tabeliyində olan canlı varlıqlarıq. Eko bahūnāṁ yo vidadhāti kāmān. O tək canlı varlıq, O tək əbədi olandır. O həyatın bütün ehtiyaclarını cox sayıda olan əbədi varlıqlar üçün tedarük edir. Eko bahūnām, qeyri-məhdud sayıda canlı varlıq. Saymaq mümkün deyil. Bahūnām. Bizim əlaqəmiz budur. Beləliklə biz, Krişnanın kiçik hissələri olaraq Ona xidmət etmək məcburiyyətindəyik və biz ona tabeyik. O, bütün ehtiyacları tə'min edir. O Ali Atadır. Normal və azadlığına qovuşmuş həyat budur. Krişna şüuru anlayışından kənar olan hər bir həyat, günahkar bir həyatdır.