AZ/Prabhupada 0102 - Zehnin Sürəti
(Redirected from AZ/Prabhupada 0102 - Zihnin Hızı)
Lecture on SB 5.5.1-8 -- Stockholm, September 8, 1973
İndi sizin təyyarəniz var. Bu cox yaxşı. Amma siz, maddi planetlərə belə gedib çata bilmirsiz. Buna görə də əgər siz ruhi planetlərə getmək istəyirsinizsə, o vaxt, sü'rəti zehin sü'rətində olan təyyarə yaradmalısınız. Ya da havanın sü'rətində. Fizikaçılar havanın sürətinin, işığın sürətinin nə demək olduğunu bilirlər. Zehnin sü'rəti bundan daha da yüksəkdir. Sizin təcrübəniz var. İndi siz burda oturursunuz. Birdən, bir saniyədə Amerikaya, Hindisdana gedə bilərsiniz. Evinizə gedə bilərsiniz. Zehinin sü'rəti ilə ağlınızda hər şeyi görə bilərsiniz. Xülasə, Brahma-saṁhitā deyir ki, əgər zehnin sürətində bir təyyarə istehsal edə bilsəniz, havadan da sürətli - panthās tu koṭi-śata-vatsara-sampragamyaḥ - və o sürətlə də bir necə milyon il yol getsəniz, də yenə də Goloka Vrndavanaya gedib çata bilmərsiniz. Yenə də harda olduğunu tapa bilmərsiniz. Panthās tu koṭi-śata-vatsara-sampragamyo vāyor athāpi manaso muni-puṅgavānām (Bs. 5.34). Bu o demək deyil ki, əvvəlki ācāryalar ya da başqaları təyyarənin nə olduğunu, sürətin nə olduğunu və ondan necə istifadə ediləcəyini bilmirdilər. Axmaq kimi fikirləşməyin ki, onlar istehsal etmişlər. Bu heç bir şey deyil. Üçüncü, hətta dördüncü, onuncu sinif. Cox yaxşı təyyarələr vardı. İndi bizim zehn sürətində bir təyyarə istehsal edə biləcəiyimiz bir fikri var. İndi sizə bir təklif var- istehsal edin. Siz hava sürəti ilə uça bilən bir təyyarə istehsal etdiniz. Onlar fikirləşirlər ki; " Əgər işıq sürətində bir təyyarə istehsal edərsək"...yenə də əvvəlki kimi yüksək planetlərə çatmaq üçün qırx min il lazımdır. Elə bilirlər ki, mümkündür. Fəqət görürük ki, boş şeylərlə məşğul olanlar, beyni dumanlanmış olanlar necə belə şeylər istehsal edə bilərlər? Bu mümkün deyil. Bunun üçün başqa bir beynə ehtiyac var. Bunu yoqlar edə bilərlər. Eyni Durvasa Muni kimi. O Vaikuṇṭha-lokaya getmiş və Vaikuṇṭha-lokada bağışlanmaq üçün şəxsən Tanrı Viṣṇuyu görmüş, çünki Viṣṇunun diski onu öldürmək üçün dalına düşmüşdü. Çünki, o bir vaişnavayı təhqir etmişdi. Amma bu başqa bir hekayədir. Beləliklə, əslində insan həyatının məqsədi, Tanrını və onun gücünü başa düşmək və Onunla olan əzəli əlaqəmizi canlandırmaqdır. Ən əsas budur. Amma təəssüflər olsun ki, onlar fabriklərdə, başqa işlərdə donuz və itlər kimi işləmək üçün bütün enerjilərini məhv edirlər. Yalnız bu deyil, onların xarakterləri də pozulur. Onlar o qədər cox işləyirlər ki, ondan sonra da sərxoşedici maddələr qəbul etməyə məcbur olurlar. İçəndən sonra da ət yemək istəyirlər. Bundan sonra da seksə ehtiyaç olur. Beləliklə də onlar qaranlıqda qalırlar. Burda, Ṛṣabhadevanın şeirində o xəbərdarlıq edir. O öz oğlanlarına deyir, amma bundan biz də dərs ala bilərik. Deyir ki: nāyaṁ deho deha-bhājāṁ nṛloke kaṣṭān kāmān arhate viḍ-bhujāṁ ye (SB 5.5.1). Kāmān- həyatın ehtiyacları deməkdir. Həyatınızın ehtiyaclarını cox rahatlıqla əldə edə bilərsiniz. Siz tarlanı becərməklə taxıl əldə edə bilərsiniz. Əgər inəyiniz də varsa südünüz də olar. Bu qədər. Bu yetər. Amma liderlər də fikirləşirlər ki, əgər insanlar təsərrüfat işindən məmnundurlarsa, bir az taxıl və süddən məmnundurlarsa, o vaxt fabriklərdə kim işləyəcək? Ona görə də onlar o qədər cox vergi qoyurlar ki, siz sadə bir həyat yaşaya bilməyəsiniz. Vəziyyət belədir. Siz istəsəniz də müasir liderlər buna icazə verməyəcəklər. Sizi itlər, donuzlar və eşşəklər kimi işləməyə məcbur edirlər. Vəziyyət belədir.