AZ/Prabhupada 0113 - Dili Kontrol Etmək Çox Çətindir



Lecture on SB 5.6.2 -- Vrndavana, November 24, 1976

Raghunātha dāsa Gosvāmī çox ciddi şəkildə izlədi, Caitanya Mahāprabhu da çox ciddi şəkildə izlədi və Rūpa-Sanātana Gosvāmī çox ciddi şəkildə izlədi. Kimsə, yalnız Vṛndāvanada kişik bir parça ilə yaşadığı üçün, demək olmaz ki, o Rūpa Gosvāmī kimi olmuş... Rūpa Gosvāmī özünü tamamiylə bu işə həsr etmişdi. Nānā-śāstra-vicāraṇaika-nipuṇau sad-dharma-saṁsthāpakau lokānāṁ hita-kāriṇau. Onlar Vṛndāvanada idilər, çünkü hər zaman insanlara və maddi dünyaya necə yaxşılıq edəcəklərini fikirləşirdilər. Eyni Prahlāda Mahārāja kimi- Śoce tato vimukha-cetasa. Sādhular səhv yoldan gedən maddiyatçı insanlara görə narahatdı. Onlar hər zaman fikirləşirlər, plan qururlar ki, onları necə inkişaf etdirsinlər, onlar əziyyət şəkirlər. Sādhu budur. Lokānāṁ hita-kāriṇau. Sādhu, o demək deyili ki, "Mən paltarlarımı dəyişəcəm, insanları mənə yazığı gələcək və mənə roti (qutab kimi bir şey) verəcəklər və mən də yeyib yatacam". Bu sādhu deyil. Sādhu... Bhagavān, Kṛiṣṇa, sādhunun kim olduğunu deyir. Api cet su-durācāro bhajate mām ananya-bhāk sādhur eva sa mantavyaḥ (BG 9.30). Sādhu budur. Həyatını tamamiylə Kṛiṣṇaya həsr edən adam sādhudur. Hətta onun pis vərdişləri olsa da... Pis vərdişlər, bir sādhunun pis vərdişləri ola bilməz, sādhu olduğuna görə, əgər əvvəldə pis vərdişləri olmuşsa, bu düzəldiləcək. Śaṣvad bhavati dharmātmā. Kṣipraṁ bhavati dharmātmā śaśvac-chāntiṁ nigacchati. Əgər o həqiqətən sādhudursa, onun pis vərdişləri az vaxtda düzəlir, az vaxtda. Həm pis vərdişləri olacaq, həm də sadhu olacaq. Bu ola bilməz. O sādhu deyil. Ola bilər ki, o köhnə vərdişləriə görə bəzi xətalar etmiş olsun . Bunu bağışlamaq olar. Amma sādhu adı altında və azad olmuş bir şəxs yenə də bu axmaq şeylərə davam edirsə, o saxtakardır. Amma sādhu adı altında və azad olmuş bir şəxs yenə də bu axmaq şeylərə davam edirsə, o saxtakardır. O sadhu deyildir. Api cet su-durācāro. Cet, yadi- əgər təsadüfəndisə bu ola bilər. Amma əgər o Kṛiṣṇa şüuruna sadiq qalsa bağlı kalırsa, o vaxt kṣipraṁ bhavati dharmātmā śaśvac-chāntiṁ nigacchati. Əvvəldə bəzi xətalarımız ola bilər, amma sonra "Mənim səhvlərim düzəldimi?" deyə baxmalıyıq. Ayıq olmaq lazımdır. Ağla etbiar etməyin. Burda belə təlimat verilir. Ağla inanmayın. Mənim Guru Mahārācım belə deyərdi ki, "Oyandıqdan sonra ayaqqabılarınızı götürün və yüz dəfə ağlınıza vurun." Sizin ilk işiniz budur və yatmağa gedərkən də bir süpürgə sapı götürün , ağlınıza yüz dəfə vurun. O vaxt siz ağlınızı kontrol edə bilərsiniz. Yoxsa bu çox şətidir". Bu...

Bu ayakkabı və ağacla vurmaq başqa bir tapasyadır. Bizim kimi ağlını kontrol edə bilməyən adamlar, ayaqqabı və ağacla vurmaq tapasyasını işlətməliyik. O vaxt onu kontrol edə bilərik. Swami - ağlını kontrol edə biləndir. Vāco-vegam, krodha-vegam, udara-vegam, upastha-vegam, manasa-vegam, krodha-vegam, etān vegān yo viṣaheta dhīraḥ pṛthivīṁ sa śiṣyāt (NOI 1). Bu, Rūpa Gosvāmīnin təlimatıdır. Biz vāco-vegamı kontrol edə bildiyimizdə... (uşaq ağlar, Prabhupāda duraklar) Bu krandana-vegamdır. (güler) Onlar kontrol ede bilmirlər. Ona görə onlar uşaqdırlar. Uşağı bağışlamaq olar, amma ruhi həyatda olan bir adam nəzarət edə bilmirsə, o vaxt ümüt yoxdur. O ümütsüzdür. Buna nəzarət edilməlidir. Vaco-vegam, krodha-vegam, udara-vegam, upastha vegam. Amma ən vacib olan şey, udara-vegam və jihvā-vegamdır. Ən çox Jihvā-vegama nəzarət etmək lazımdır. Bhaktivinoda Ṭhākura dedi ki, "Bütün hislərin içində, ən çox təhlükəli olan jihvādır". Tā'ra madhye jihvā ati lobhamoy sudurmati tā'ke jetā kaṭhina saṁsāre. Dilə nəzarət etmək çox çətindir.