AZ/Prabhupada 0114 - Krişna Adındakı Bir Gentlmen Hərkəsi Kontrol Edir



Lecture -- Laguna Beach, September 30, 1972

Bhagavad-gītāda deyilir ki,

dehino 'smin yathā dehe
kaumāraṁ yauvanaṁ jarā
tathā dehāntaraṁ-prāptir
dhīras tatra na muhyati
(BG 2.13)

Siz, mən- hər birimiz - bu bədənə həps olmuşuq. Mən ruh canım; siz də ruh cansınız. Bu Vedaların əmridir, ahaṁ brahmāsmi- "Mən Brahmanam." Bu, ruh deməkdir. Parabrahman değil, səhv olmasın. Parabrahman Tanrıdır. Biz Brahmanıq, Tanrının vacib kiçik parçaları, hissələriyik. Amma Ali deyilik, Ali olan fərqlidir. Eyni sizin Amerikalı olduğunuz kimidir. Amma ən ali Amerikalı prezident cənab Nixondur. Amma siz diyə bilmərsiz ki, "Mən Amerikalı olduğuma görə cənab Nixonam". Siz bunu diyə bilmərsiniz. Bunun kimi siz, mən, hər birimiz Brahmanıq, amma bu o demək deyil ki, biz Parabrahmanıq. Parabrahman Kṛiṣṇadır. Īśvaraḥ paramaḥ kṛṣṇaḥ (Bs. 5.1). Īśvaraḥ paramaḥ. Īśvara -nəzarətçi deməkdir. Demeki ki, biz hər birimiz bir nöqtəyə qədər kontrol edənik. Biri ailəsini idarə edir, ofisini, işini idarə edir, şagirdlərini idarə edir. Uzaqbaşı bir iti idarə edirlər. İdarə edəcək bir şeyləri olmasa, evinə bir it, pişik alır. Yəni hərkəs idarə edən olmaq istəyir. Bu bir həqiqətdir. Amma Ali idarəçi Kṛṣiṇadır. Burada idarəçi özü də başqa bir idarə edəṇ tərəfindən idarə edilir. Mən şagirdlərimi idarə edə bilərəm, amma məni də öz mənəvi müəllimim idarə edir. Yəni heç kim "Mən mütləq idarəçiyim" deyə bilməz. Xeyir. Siz görəcəksiniz ki, sözdə idarə edənlər bir nöqtəyə qədər idarə etsələr də, özləri də idarə edilirlər. Amma, nə vaxt ki, siz idarə edən, amma özü heç kim tərəfindən idarə edilməyən birini tapsanız, O Kṛiṣṇadır. Kṛiṣṇanı başa düşmək çətin deyil. Başa düşün ki, bizim idarə etdiyimiz hər şey, bizim hər birimiz eyni zamanda başqa biri tərəfidən idarə edilir. Amma adı Kṛiṣṇa olan bir centlmen var. O hərkəsi idarə edir, amma özü heç kim tərəfindən idarə edilmir. O Tanrıdır.

īśvaraḥ paramaḥ kṛṣṇaḥ
sac-cid-ānanda-vigrahaḥ
anādir ādir govindaḥ
sarva-kāraṇa-kāraṇam
(Bs. 5.1)

Yəni bu Kṛiṣṇa şüuru, elmidir, səlahiyyətli və ağıllı adamlar tərəfindən başa düşülə bilər. Ona görə də bu Kṛiṣṇa şüuru hərakatı ilə maraqlansanız onun xeyrini görəcəksiniz. Sizin həyatınız müvəffəqiyyətli olacaq. Hayatınızdakı məqsədinizə çatacaqsınız. Bu bir həqiqətdir. Çalışın bizim ədəiyyatlarımızı oxuyun. Bizim çox kitablarımız var. Şagirdlərimizin nə işlə məşğul olduklarını, Kṛiṣṇa şüuru hərakatında necə irəlilədiklərini görə bilirsiniz. Siz onlarla dostluq edərək öyrənə bilərsiniz. Məsələ, kimsə mexanik olmaq istəyirsə fabrikaya gedib, fəhlələrdən, mexaniklərdən işi öyrənərək mexanik ola bilər. Bunun kimi, bizim bu mərkəzləri açmaqda məqsədimiz hər kəsə evə necə gedəcəyini, evə geri necə gedəcəyini, Tanrıya necə geri dönəcəyini öyrənmək fürsəti verməkdir. Bizim vəzifəmiz budur- elmi və səlahiyyətli Veda yolu. Biz bu biliyi birbaşa olaraq Kṛiṣṇadan, Tanrı Ali Şəxsdən alırıq. Bu Bhagavad-gītādır. Bhagavad-gītānı olduğu kimi, mənasız şərhlər etmədən təqdim edirik. Kṛiṣṇa Bhagavad-gītāda deyir ki, O Tanrı Ali Şəxsdir. Biz də eyni şeyi deyirik: Tanrı Ali Şəxs Kṛiṣṇadır. Biz bunu değişdirmirik. Kṛiṣṇa Bhagavad-gītāda deyir ki, "Mənim sadiqim ol. Həmişə Məni fikirləş. Mənə ibadət et. Mənə təzim et". Bütün insanlara bunu öyrədirik. "Həmişə Kṛiṣṇanı fikirləşin - Hare Kṛṣṇa, Hare Kṛṣṇa, Kṛṣṇa Kṛṣṇa, Hare Hare/ Hare Rāma, Hare Rāma, Rāma Rāma, Hare Hare." Hare Kṛiṣṇa mantrasını söyləyərək, həmişə Kṛiṣṇaṇı fikirləşəcəksiniz."