AZ/Prabhupada 0116 - Qiymətli Vaxtınızı Boş Keçirməyin



Lecture with Allen Ginsberg at Ohio State University -- Columbus, May 12, 1969

Ruh var. Bu bədən o ruhun mövcudluğu nəticəsində inkişaf edir və bir bədəndən başqa bədənə köçür. Buna təkamül deyilir. Bu təkamül prosesi 8,400,000 həyat növü müddətincə davam edir. Dəniz canlıları, quşlar, bitkilər və daha bir çox yaşam növləri. Bizdə də inkişaf etmiş şüur-insan həyat formasi var. Bunu doğru şəkildə qiymətləndirməliyik. Bizim Kṛiṣṇa şüuru hərakatımız budur. Biz yalniz insanları tərbiyə edirik. "Qiymətli həyatını, bu insan həyat formasını boş yerə xərcləmə. Bu şansı əldən verirsəniz, demək ki, siz intihar edirsiniz." Bizim propagandamız budur. İntihar etməyin. Kṛṣṇa şüuruna gəlin. Bu proses çox asanddır. Yoga sistemi ya da fəlsəfi, spekulyasiyalı bir sistemin çətin proseslərindən keçməyinizə ehtiyac yoxdur. O bu zamanda mümkün deyil. Bu... Öz təcrübəmə görə danışmıram, mən böyük ācāryaların və etibarlı müdrüklərin təcrübələrini qəbul edirəm. Onlar, "kalau nāsty eva nāsty eva nāsty eva gatir anyathā" deyir. Özünüzü idrak etmək istəyirsinizsə, bir sonraki həyatınızı bilmək istəyirsinizsə, Tanrı nədir bilmək istəyirsinizsə, Tanrıyla olan əlaqələrinizi bilmək istəyirsinizsə- bu həqiqi bilgidir- bütün bunların hamısı yalnız bu mantranı söyləməklə sizə aydın olur, Hare Kṛṣṇa, Hare Kṛṣṇa, Kṛṣṇa Kṛṣṇa, Hare Hare/ Hare Rāma, Hare Rāma, Rāma Rāma, Hare Hare. Bu asanddır. Qarşılığında heç bir şey istəmirik. Heç bir şey tələb etmirik. Biz sizə "Mənə əlli dollar ver, əvəzində sənə çox gizli bir mantra verəcəyəm" deyib aldatmırıq. Xeyir. Bu hərkəs üçündür, zəhmət olmasa onu alın. Biz bunu xahiş edirik. Sizə yalvarırıq, "Həyatınızı məhv etməyin. Хahiş edirik bu mantranı alın. Harda istəyirsiniz oxuyun." Yerinə yetrmək lazım olan heç bir ciddi və dəyişməyən qanun yoxdur. Nə zaman istəyirsiniz, harda istəyirsiniz, hər şəraitdə... Eyni, bizim yarım saat əvvəl oxuduğumuz kimi. Hər şəraitdə bu həzzi hiss edə bildiniz. Bu şəkildə buna davam edə bilərsiniz. Hare Kṛiṣṇa mantrasını oxuyun. Bu sizə havayı verildi. Əğər Hare Kṛiṣṇa mantrasının nə olduğunu fəlsəfə yoluyla, bilik yoluyla, ağıl yoluyla bilmək istəsəniz, cildlərlə kitablarımız var. Yalnız fikirləşməyin ki, biz sentimental olaraq rəqs edirik. Yox, bizim təməlimiz var. Çalışın ki, bu Kṛiṣṇa şüuru hərakatını başa düşün. Mən şəxsən bu gözəl məsajı vermək üçün sizin ölkənizə geldim, çünki əgər siz bunu qəbul etsəniz, əgər Kṛiṣṇa şüuru elmini anlaya bilsəniz, dünyanın diğər tərəfi sizi təqib edəcəkdir və bu dünyanın üzü dəyişəcək. Bu bir həqəqətdir.