AZ/Prabhupada 0115 -Mənim İşim Yalnız Krişnanın Dediklərini Çatdirmaqdır



Lecture -- Los Angeles, July 11, 1971

Bu oğlanlar Kṛiṣṇa şüurunu yaymaqda mənə kömək etdiklərinə görə çox xöşbəxtəm və Kṛiṣṇa onlara mərhəmət edəcək. Mənim heç bir əhəmiyyətim yoxdur. Mənim heç bir qabliyyətim yoxdur. Mənim işim yalnız Kṛiṣṇanın dediklərini çatdırmaqdır. Eyni poçtalyon kimi- onun işi məktubu çatdırmaqdır. O, məktubun məzmunundan məsuliyyətli deyil. Reaksiya... Alan adam məktubu oxuduqdan sonra bir şey hiss edə bilər, amma poçtalyon burda günahkar deyil. Bunun kimi, mən də məsuləyyətimi qurular zicirində öz mənəvi müəllimimdən almışam. Mən yalnız eyni şeyi, təhrif etmədən təqdim edirəm. Bu mənim işimdir. Bu mənim məsuləyyətimdir. Mən bunları Kṛiṣṇa tərəfindən deyildiyi kimi eyni şəkildə təqdim etməliyəm, Arjuna tərəfindən təqdim edildiyi kimi, diğər ācāryalar, Rəb Caitanya tərəfindən təqdim edildiyi kimi və ən nəhayət olaraq da mənəvi müəllimim Bhaktisiddhānta Sarasvatī Gosvāmī Mahārāja tərəfindən təqdim edildiyi kimi. Elə isə, siz də bunuṇ kimi Kṛiṣṇa şüurunu eyni ruh halında mənimsəyib və başqa insanlara, başqa həmvətənlərinizə yaysanız, mütləq təsiri olacaq, çünkü tərkibində heç bir dəyişiklik yoxdur. Yalan yoxdur. Aldadmaq yoxdur. Bu saf ruhi şüurdur. Yalnız tətbiq edin və yayın. Sizin həyatınız möhtəşəm olacaq.