AZ/Prabhupada 1058 - Bhagavad-gitanı Danışan Tanrı Sri Krişnadır
(Redirected from AZ/Prabhupada 1058 - Bhagavad-gitanı Anladan Tanrı Sri Krişnadır)
660219-20 - Lecture BG Introduction - New York
Bhagavat-gitanı anladan Tanrı Şri Krişnadır. Bhagavat-gitanın hər səhifəsində Ondan, Tanrı Ali Şəxs, Bhagavan deyə danışılır. Əlbəttə, "Bhagavan" bə'zi vaxt hər hansı bir güclü insana və ya hər hansı güclü bir yarıtanrıya işarət edir amma burada "Bhagavan" kəsinliklə böyük bir şəxsiyyət, Tanrı Şri Krişnaya işarət edər ancak eyni zamanda bilmək lazımdır ki, Tanrı Şri Krişna bütün açaryalar tərəfindən təsdiq edildiyi üzrə...demək istədiyim, Sankaracarya, Ramanujacarya, Madhvacarya, Nimbarka Svami ve Sri Caitanya Mahaprabhu və başqaları. Hindistanda bir cox professor və açaryalar yəni Veda elminin seçilmiş adamları vardı. Sankaraçarya da olmaq üzrə Tanrı Şri Krişnanı Tanrının Ali Şəxsi kimi qəbul ediblər. Tanrının özü də özünü Bhagavat-gitada Tanrının Ali Şəxsi olaraq tanıdır. Brahma-Samhita və bütün Puranalarda, özəl olaraq da Bhagavata Puranada belə qəbul edilir: krsnas tu bhagavan svayam([Vanisource:SB 1.3.28]]) Buna görə biz Bhagavat-Gitanı Tanrının özünün istiqamətləndirdiyi şəkildə qəbul etməliyik. Bhagavad-gītānın Dördüncü Bölümündə Tanrı deyir ki:
- imaṁ vivasvate yogaṁ
- proktavān aham avyayam
- vivasvān manave prāha
- manur ikṣvākave 'bravīt
- (BG 4.1)
- evaṁ paramparā-prāptam
- imaṁ rājarṣayo viduḥ
- sa kāleneha mahatā
- yogo naṣṭaḥ parantapa
- (BG 4.2)
- sa evāyaṁ mayā te 'dya
- yogaḥ proktaḥ purātanaḥ
- bhakto 'si me sakhā ceti
- rahasyaṁ hy etad uttamam
- (BG 4.3)
Tanrı Arcunaya deyir ki: "Mən bu yoqa sistemini, Bhagavat-Gitanı, ilk dəfə günəş tanrısına danışdım və günəş tanrısı da bunu Manuya danışdı. Manu da İksvakuya danışdı və bu yoga sistemi ard-arda, mə'nəvi müəllimlər zinciri vasitəsilə gəlir və zamanla bu sistem yox olur. Buna görə də mən eyni yoga sistemini sənə danışıram- Bhagavat-Gitanın eynisi olan qədim yoga sistemini ya da Gitopanişadı. Çünki, sən mənim həm sadiqim həm də dostumsan, buna görə də bunu yalnız sən başa düşərsən."
Bu o deməkdir ki; Bhagavat-Gita, xüsusi olaraq Tanrının sadiqləri üçün elmi bir əsəridir. Üç sinif trensandentalist vardır; jnani, yogi ve bhakta. Ya da impersonalistlər, yada meditatsiya edənlər və ya sadiqlər. Belə ki, burada açıq qeyd edilir. Tanrı Arcunaya belə deyir; "Mən danışıram yada səni paramparanın (gurular zincirinin) birinci adamı tə`yin edirəm. Çünkü, keçmiş parampara yada gurular zinciri artıq qırıldı, buna görə mən təkrar- digərlərinə günəş tanrısından enib gəlmiş kimi- eyni fikir sisteminde olan başqa parampara qurmaq istəyirəm. Sən indi onu hər yerə yay. Ya da bu sistem- Bhagavat-Gitanın yoga sistemi sənin vasitənlə yayıla bilər. Sən Bhagavat-Gitanı anlamaqda avtorited olarsan". Buradan görünür ki, Bhagavat-Gita xüsusi olaraq Arcunaya- Tanrının sadiqinə- Krişnanın birbaşa şagirdinə, öyrədilmişdir və yalnız bu deyil, o eyni zamanda Krişnanın çox yaxın dostu idi. Buna görə də Bhagavat-Gita Krişnaya oxşar keyfiyyətləri olan şəxs tərəfindən başa düşülür. Bu o deməkdir ki, o sadiq olmalıdır, əlaqəsi olmalıdır, Tanrı ile birbaşa əlaqəli olmalıdır.