AZ/Prabhupada 1059 - Hərkəsin Tanrı İlə Şəxsi Bir Əlaqəsi Var
(Redirected from AZ/Prabhupada 1059 - Hərkəsin Tanrı İlə Şəxsi Bir Elaqəsi Var)
660219-20 - Lecture BG Introduction - New York
Hər kəsin Tanrı ilə şəxsi əlaqəsi var. İnsan Tanrının sadiqi olan kimi, Tanrı ilə birbaşa əlaqəsi də olur. Əslində bu cox uzun bir mövzudur amma kısaca deyilir ki, bir sadiqin Tanrı Ali Şəxs ilə beş yolla əlaqəsi olur. Biri, passiv formada sadiq ola bilər, biri aktiv formada, biri dost olaraq sadiq ola bilər, biri valideyn olaraq sadiq ola bilər və biri də sevgili olaraq sadiq ola bilər.
Beləki, Arcuna Krişna ilə dost əlaqəsi olan sadiq idi. Tanrı bir dost ola bilər. Təbiidir ki, bu dostluq bizim maddi dünyadakı dostluq arasında dağlar qədər fərq var. Bu transandental dostluq,... Bu o demək deyil ki, hər kəsin Tanrı ilə belə bir əlaqəsi olmalıdır. Hər kəsin Tanrı ilə şəxsi əlaqəsi var və bu şəxsi əlaqə sadiqin etdiyi xidmətlər nəticəsində yaranır. Bu həyatımızda biz sadəcə Tanrıyı unudmadıq, eyni zamanda Tanrı ilə olan əbədi əlaqəmizi də unutduq. Milyonlarla, milyarlarla canlı varlıqlardan hər birinin Tanrı ilə şəxsi əbədi əlaqəsi vardır. Buna svarupa deyilir. Svarupa. Sadiqlik xidmətləri ərzində şəxs öz svarupasını artıra bilər. Buna da svarupa-siddhi, şəxsin struktur mövqeyi, mükəmməlliyi deyilir. Bu o deməkdir ki, Arcuna bir sadiqdir və Tanrı ilə dostluq əlaqəsinə sahibdir.
Bhagavad-gita Arcunaya danışılıb, bəs Arcuna bunu necə qəbul etdi? Buna da diqqət etmək lazımdır. Onuncu Kantoda Arcunanın Bhagavat-gitanı necə qəbul etdiyi danışılır. Eyni belə:
- arjuna uvāca
- paraṁ brahma paraṁ dhāma
- pavitraṁ paramaṁ bhavān
- puruṣaṁ śāśvataṁ divyam
- ādi-devam ajaṁ vibhum
- āhus tvām ṛṣayaḥ sarve
- devarṣir nāradas tathā
- asito devalo vyāsaḥ
- svayaṁ caiva bravīṣi me
- (BG 10.12-13)
- sarvam etad ṛtaṁ manye
- yan māṁ vadasi keśava
- na hi te bhagavan vyaktiṁ
- vidur devā na dānavāḥ.
- (BG 10.14)
Arcuna Bhagavat Gitanı Tanrı Ali Şəxsdən eşitdikdən sonra Krişnanı -param brahma- yə'ni (Ali) ən böyük Brahman qəbul edir. Brahman. Hər canlı varlıq Brahmandır, amma canlı Ali varlık və ya Tanrının Ali Şəxsiyyəti, Ali Brahman ya da Ali canlı varlıqdır. Param dhama. Param dharma o deməkdir ki, O bütün hər şeyin Alisidir. Pavitram da o deməkdir ki, maddi kirlənmə Ona tə'sir etmir. Ona Puruşam deyə müraciyət edilir. Puruşam-en Ali zevq alan deməkdir; sasvatam, sasvata -en başdan bəri, Onun birinci şəxsiyyət olduğudur; divyam -transendental; davam-Tanrı Ali Şəxs; ajam(acam)-doğmamışdır; vibhum- ən böyükdür.
Bə'ziləri şübhələnə bilər ki, Krişna Arcunanın dostu olduğuna görə bunları ona danışıb. Amma Arcuna Bhagavat-gitanı oxuyanların ağlından bu şübhələri təmizləmək üçün, öz ifadəsini bə'zi müdrüklər tərəfindən də qəbul etdirir. Tanrı Şri Krişnanı, Tanrı Ali Şəxs olaraq qəbul edir, amma sadəcə özü- Arcuna tərəfindən deyil, eyni zamanda Narada, Asita, Devala, Vyasa kimi müdrükler tərəfindən də qəbul edilmiş. Bu şəxslər Veda elmini yayan mükəmməl şəxsiyyətlərdir. Onlar bütün açaryalar tərəfindən qəbul olunublar. Bu görə Arcuna deyir ki,"İndiyə qədər mənə nə deyibsənsə, onları tamamilə mükkəmməl qəbul edirəm"