AZ/Prabhupada 1073 - Maddi Təbiətə Hökm Etmək Meylindən Əl Çəkmədiyimiz Müddətcə



660219-20 - Lecture BG Introduction - New York

Bhagavad-Gitanın 15. Bölməsində bu maddi dünyanın gerçək şəkli göstərilmişdir. Orda deyilir ki,

ūrdhva-mūlam adhaḥ-śākham
aśvatthaṁ prāhur avyayam
chandāṁsi yasya parṇāni
yas taṁ veda sa veda-vit
(BG 15.1)

Bhagavad=Gitanın 15. bölümündə bu maddi dünya, kökləri yuxarıya tərəf olan ağaca oxşadılır, ūrdhva-mūlam. Siz kökləri yuxarıya tərəf olan ağac gördünüzmü? Biz hamımız bir ağacın sudakı əksinə baxdığımızda köklərinin yuxarı tərəfə olduğunu görmüşük. Əgər bir çayın yada hərhansı bir su mənbəyinin sahilində durub baxarsaq, sahildəki agacın sudakı əksini başı aşağı və köklərini yuxarı tərəfə görərik. Beləki, bu maddi dünya hardasa ruhi dünyanın bir əksidir. Eyni, sahildəki ağacın əksinin tərs olduğu kimi, eyni şəkildə bu maddi dünyaya da kölgə deyilir. Kölgə. Kölgə gerçək deyil amma eyni zamanda kölgədən başa düşə bilərik ki, bu kölgənin əsli də var. Səhradaki əks misalı kimi, suyun əksi, səhrada su yoxdur hissini verir amma su var. Eyni cür, ruhi dünyanın əksində yada maddi dünyada xöşbəxtlik yoxdur, su yoxdur. Amma gerçək su ya da əsl xöşbəxtlik ruhi dünyadadır. Tanrı bizə ruhi dünyaya çatmaq üşün belə tövsiyə edir; nirmāna-mohā.

nirmāna-mohā jita-saṅga-doṣā
adhyātma-nityā vinivṛtta-kāmāḥ
dvandvair vimuktāḥ sukha-duḥkha-saṁjñair
gacchanty amūḍhāḥ padam avyayaṁ tat
(BG 15.5)
Padam avyayam, bu əbədi krallığa ancaq nirmāna-mohā olan biri tərəfindən çata bilərik. Nirmāna-mohā. Nirmāna o deməkdir ki, biz hamımız bir titul isteyirik. Biz bə'zi sü'ni titullar istəyirik. Birisi cənab olmaq istəyir, biri ağa, biri prezident ya da biri varlı adam olmaq istəyir, biri də başqa bir şey- kral olmaq istəyir. Bütün bu ünvanlara bağlı olduğumuz müddətcə... Çünki, ən sonunda  bu titullar bu bədənə aiddir və biz bu bədən deyilik. Bu ruhu anlamağın ilk yoludur. Yə'ni insanıṅ  bu titullara ehtiyacı yoxdur və jita-saṅga-doṣā, saṅga-doṣā. Biz bu maddi keyfiyyətlərin üç halı ilə əlaqəliyik və  özümüzü Tanrıya sadiqliq xidmətindən ayırırsaq...Tanrıya sadiq xidmətə istəyimiz olmazsa, o zaman maddi təbiətin (üç qunasından) üç halından azad ola bilmərik. Buna görə Tanrı deyir ki, vinivṛtta-kāmāḥ, bu titullar bu bağlılıqlar bizim şəhvətimizə, arzumuza görədir. Biz maddi təbiətə hökm etmək istəyirik. Biz maddi təbiətə hökm etmək istəyindən əl çəkmədiyimiz müddətcə, Tanrının krallığına - sanatana-dharmaya geri qayıdmaq ehtimalımız yoxdur.  Dvandvair vimuktāḥ sukha-duḥkha-saṁjñair gacchanty amūḍhāḥ, amūḍhāḥ padam avyayaṁ tat (BG 15.5). Bu maddi dünyadan fərqli olaraq əsla yox olmayan o əbədi krallığa amūḍhāḥ çata bilər. Amūḍhāḥ- sərsəm olmayan, saxta həzzə görə çaşmayan insan deməkdir və o insan özünü Tanrının ali xidmətinə həsr etmiş, bu əbədi krallığa  getməyə haqqı olan insandır. O əbədi krallığın heç bir günəşə heç bir aya ya da heç bir elektriyə ehtiyacı yoxdur. Bu, əbədi krallığa yaxınlaşmaq üçün parlaq bir fikirdir.