AZ/Prabhupada 1075 - Gələcəkdəki Həyatımızı Bu Həyatımızdakı Davranışlarımızla Hazırlayırıq



660219-20 - Lecture BG Introduction - New York

Tanrı deyir ki; anta-kāle ca mām eva smaran muktvā kalevaram (BG 8.5). Hər kim bu maddi bədənini Tanrı Ali Şəxs Krişnanı xatırlayaraq tərk edərsə, o dəqiqədə sac-cid-ānanda-vigraha olan ruhi bədənini qazanır. (BS 5.1). Maddi dünyada bu bədənimizi tərk edib və yeni bir bədənə keçmək prosesi də tə'yin olunmuşdur. İnsan növbəti həyatında alcağı bədən formasına qərar verildikdən sonra ölür. Ancaq bu yüksək qüvvələr tərəfindən qərarlaşdırılır. Məsələ, xidmətlərimizə görə vəzifəmizin artması və ya azalması kimi. Bunun kimi hərəkətlərimizə görə biz...Bu həyatımızın hərəkətləri, bu həyatın fəaliyyətləri bizə bir sonrakı həyatımızın yerini hazırlayır. Biz bu həyatdakı hərəkətlərimizlə gələcək həyatımızı hazırlayırıq. O halda bu həyatımızı Tanrının səltənətinə yüksəlmək üçün hazırlaya bilsək, o vaxt bu maddi bədəni tərk etdikdən, ayrıldıqdan sonra...Tanrı deyir ki; yaḥ prayāti, gedən şəxs, sa mad-bhāvaṁ yāti (BG 8.5), mad-bhāvam... O Tarnının sahib olduğu ruhi formadakı eyni ruhi bədənə sahib olur. Əvvəl açıqladığımız üzrə transendentalistlərin müxtəlif növləri vardır. Brahmavādī, paramātmavādī və sadiqlər. Ruhi səmada və ya brahma-cyotirdə ruhi planetlər vardır, saysız ruhi planet, bunlardan bir az əvvəl danışmışdıq. O planetlərin sayı, maddi dünyadaki kainatlardan olduqca coxdur. Bu maddi dünya- ekāṁśena sthito jagat (BG 10.42). Bura bütün yaradılışın dörddə biridir. Yaradılışın dörddə üçü ruhi aləmdir və bu yaradılanın dörddə bir hissəsi də bizim yaşadığımızdır- yerdir, bunun kimi milyonlarca kainat var və bir kainatın içində də milyonlarca milyarlarca planetlər vardır. Yə'ni bütün bu maddi dünyada milyonlarca və milyarlarca günəş, ulduz, ay var, amma bütün bu maddi dünya yaradılanın yalnız dörddə biridir. Dörddə üçü isə ruhi səmadadır. İndi, bu mad-bhāvam, Ali Brahmanın varlığıyla bir olmağı istəyən şəxs, Ali Tanrının brahma-cyotiridə birləşirlər. Mad-bhāvam, həm brahma-cyotirdəki ruhi planetlər həm də brahma-cyotir mə'nasındadır və Tanrının yanında olmaqdan zevq almaq istəyən sadiqlər Vaikuntha planetlərinə gedərlər. Saysız Vaikuntha planetləri vardır və Tanrı, Ali Tanrı Krişna, Narayana kimi dörd əli olan fərqli adlardaki bütün yayılması vasitəsiylə, Pradyumna, Aniruddha, və Mādhava, Govinda...Bu dörd əlli Narayananın saysız adı var. Yə'ni planetlərdən biri, o mad-bhāvamdır, o da ruhi təbiətin içindədir. Yə'ni həyatının sonunda olan hər hansı bir transendentalist, istəyir brahma-cyhotiri fikiləşin istəyərsə də bütün diqqətini Paramatmaya versin, ya da istəyərsə Tanrının Ali Şəxsi Şri Krişnaını fikirləısin, hər iki vəziyyətdə də ruhi səmaya gedərlər. Amma yalnız əvvəldən Ali Tanrı ilə şəxsi təması olan sadiqlər Vaikuntha planetlərinə ya da Goloka Vrndavan planetinə gedər. Tanrı deyir ki; yaḥ prayāti sa mad-bhāvaṁ yāti nāsty atra saṁśayaḥ (BG 8.5). Heç şüphəsiz. İnsan inamsızlıq etməməlidir. Əsas budur. Yə'ni, siz Bhagavad-Gitayı oxuyursuz, amma Tanrı xəyalımızdakiylə eyni olmayan bir şey dediyində bunu rədd edirik. Bhagavad-Gitanı oxumağın yolu bu deyil. Eyni Arcunanın dediyi kimi, sarvam etaṁ ṛtam manye, "Mən Sənin dediyin hər şeyə inanıram." Bunun kimi də eşidmək. Tanrı deyir; şübhə yoxdur ki, hər kim öldüyündə ya Brahman, ya Paramatma ya da Tanrının şəxsi olaraq onu fikirləşərsə, mütləq ruhi səmaya gedər. İnsan buna inanmalıdır və bu proses ümumi qaydada Bhagavad-Gitada göstərilir, insanın necə tam ölüm anında sadəcə Tanrıyı fikikrləşərək ruhi səltənətə getməsi mümkün olur. Çünki ümumi üsuldan da danışılır:

yaṁ yaṁ vāpi smaran bhāvaṁ
tyajaty ante kalevaram
taṁ tam evaiti kaunteya
sadā tad-bhāva-bhāvitaḥ
(BG 8.6)