AZ/Prabhupada 0112 - Hər Şey Nəticəsinə Görə Mühakimə Edilir
(Redirected from Hər Şey Nəticəsinə Görə Mühakimə Edilir)
Television Interview -- July 29, 1971, Gainesville
Jurnalist: Cənab, dediyim kimi bu ölkəyə 1965-ci ildə, sizin mənəvi müəlliminizin təlimatıyla gəldiniz. Bu arada, sizin mənəvi müəlliminiz kimdir?
Prabhupada: My spiritual master was Oṁ Viṣṇupāda Paramahaṁsa Bhaktisiddhānta Sarasvatī Gosvāmī Prabhupāda.
Jurnalist: Əvvəlcədən danışdığımız Krişnaya qədər gedən bu gurular zincirində, mənəvi müəlliminiz sizdən əvvəlkiydi?
Prabhupada: Bəli. Gurular zinciri 5,000 yildən bu yana Krişnadan bizə gəlir.
Jurnalist: Mənəvi müəlliminiz hələ yaşayır?
Prabhupada: Yox. 1936-cı ildə vəfat etdi.
Jurnalist: Elə isə siz o vaxtdan bu hərəkat dünyasının başındasınız? Belə demek doğru olar?
Prabhupada: Mənim çox mənəvi qardaşlarım var, amma əvvəldən bəri bu vəzifə mənə verildi. Mən də çalışıram ki, mənəvi müəllimimi məmnun edim, bu qədər.
Juralist: Bu ölkəyə, Amerikaya göndərildiniz. Bura sizin bölgəniz. Doğrudur?
Prabhupada: Mənim bölgəm, o demişdi ki, "Get və İnglizcə bilən halqa bu fəlsəfəni başa sal."
Jurnalist: İngiliscə danışan dünyaya.
Prabhupada: Bəli. Хüsusiylə də qərb dünyasında. Bəli. Mənə belə dedi.
Jurnalist: Cənab, bundan 15, 16 il əvvəl siz bu ölkəyə gəldiyinizdə və ...
Prabhupada: Yox, yox 15, 16 il deyil.
Jurnalist: Beş, altı il əvvəl. Bağışlayın. Dünyanın bu hissəsinə, dinin olmadığı belə bir yerə gəlməmişdiniz, bilirsiniz. Amerikada çox din var və bu ölkədəki insanlar məncə imanı sevirlər, onların əksəryyəti dindar insanlar olurlar, Tanrıya inanırlar, hansı ki, özlərini bir növ dini ifadəyə həsr edirlər. Mənə maraqlıdır siz nə fikirləşirsiniz. Siz bura gəlib öz fəlsəfənizi halhazırda bu ölkədə olan dini ifadəyə əlavə etməyi fikirləşirsiz?
Prabhupada: Bəli. Bu ölkəyə ilk dəfə gələndə Butlerdə bir Hintli dostumun qonağı oldum.
Juralist: Pennsylvaniada.
Prabhupada: Pennsylvaniada. Bəli. Çox kiçik olmağına baxmayaraq orda çox kilsə var, bu mənim xoşuma gəlmişdi.
Juralist : Çox kilsə var. Bəli.Bəli.
Prabhupada: Bəli. Çox kilsə var. Mənim ordakı kilsələrin çoxunda söhətlərim oldu. Bunu mənim ev sahibim təşkil etmişdi. Yəni mən buraya başqa bir dini prosesi ləğv etmək məqsədiylə gəlmədim. Məqsədim bu deyildi. Bizim missyamız Rəb Caitanyanın missiyasıdır, Tanrını sevməyi hərkəsə öyrətməkdir, bu qədər.
Jurnalist: Yaxşı cənab, icazənizlə soruşmaq istəyirəm ki, sizin yerinə yetirdiyiniz Tanrı sevgisi elmini onsuzda bu ölkədə olan və yüz illərdir Qərb düyasında olan Tanrı sevgisi elmindən nə fərqi olduğunu fikirləşdiniz ya da əlkə hələ də daha yaxşı olduğunu fikirləşirsiniz?
Prabhupada: Bu həqiqətdir. Biz Rəb Caitanyanın izindən gedirik. O hesab edir ... Vedik kitabələrin göstərişlərinə əsasən bizim tərəfimizdən O şaxsən Krişna olaraq qəbul edilir. Jurnalist: O hansı Rəbdir?
Prabhupada: Rəb Caitanya.
Jurnalist: Düzdü. Beş yüz il əvvəl Hindistana gələn, elə değil?
Prabhupada: Bəli. O Krişnanın Özüdür və O bizə Krişnanı necə sevecəyimizi öyrədir. Eyniylə sizin bu cəmiyyətdə usta olduğunuz kimi, Onun bu prosesi də ən səlahiyyətli olandır. Əgər bir adam bir iş görürsə və siz də ona "belə et" deyib öyrətsəniz, bu səlahiyyətdir. Yəni Tanrı şüurunu, Tanrı Özü öyrədir. Bhagavad-gitadaki kimi- Krişna Tanrıdır və O Özü haqqında danışır. Axırda da O deyir ki, "Yalnız Mənə təslim ol. Mən sənin məsuliyyətini Öz üstümə götürürəm". Amma insanlar səhv başa düşürlər. Buna görə də Rəb Caitanya- Krişna insanlara təslim olmağı öyrətmək için yenidən Rəb Caitanya olaraq gəldi. Biz Rəb Caitanyanın izindən getdiyimizə görə, bu yol o qədər əzəmətlidir ki, biz Rəb Caitanyanın izindən getdiyimizə görə, bu yol o qədər əzəmətlidir ki, hətta Krişna haqda xəbərləri olmayan xaricilər də ona təslim olurlar. Bu metod çox güclüdür. Mənim məqsədim budur. Biz demirik ki, "Bu din o dindən daha yaxşıdır", ya da "Mənim yolum daha yaxşıdır". Biz nəticəyə baxırıq. Sanskritçədə belə bir kəlimə var: phalena pariciyate. Bir şey nəticəsinə baxılaraq mühakimə edilir.
Jurnalist: Bir şey mühakimə...?
Prabhupada: Nəticəsinə görə.
Jurnalist: Aa, bəli.
Prabhupada: Mən deyə bilərəm ki, mənim yolum çox yaxşıdır. Sən də deyə bilərsin ki, sənin yolun çox yaxşıdır, amma nəticəyə baxaraq hökm verməyə məcburuq. Bu... Bhagavata deyir ki, əgər insan getdiyi dini yolla Tanrını sevməyə başlayırsa, onun cox yaxşı din olduğunu deyə bilərik.