AZ/Prabhupada 1078 - Həm Beynimizlə Həm də Ağlımızla İyirmi Dörd Saat Tanrını Fikirləşməklə Keçirmək
660219-20 - Lecture BG Introduction - New York
Ali Tanrıya qarşı güclü bir sevgimiz olduğunda, o vaxt işlərimizi yerinə yetirirkən eyni zamanda da Tanrını xatırlaya bilərik. Yə'ni bu fikri inkişaf etdirmək lazımdır. Eyniylə, Arcunanın davamlı Tanrını fikirləşdiyi kimi. O iyirmi dörd saatın bir saniyəsində belə Krişnanı yadından çıxarmadı. Krişnanın daimi həmrahı. Eyni vaxtda da bir döyüşçü. Tanrı Krişna, Arcunaya demirdi ki, döyüşmə- meşəyə get, Himalayaya get meditasiya et. Yoqa sistemi Arcunaya tövsiyə edildiyində, Arcuna qəbul etmədi və "Bu yoqa sistemi mənim işim deyil"-dedi. O zaman Tanrı- yoginām api sarveṣāṁ mad-gatenāntarātmanā (BG 6.47). Mad-gatenāntarātmanā śraddhāvān bhajate yo māṁ sa me yuktatamo matah-dedi. Daim Ali Tanrını fikirləşən şəxs ən böyük yoqidir, o ən üst jñānīdir və eyni zamanda ən böyük sadiqdir. Tanrı belə öyüd verir:, tasmāt sarveṣu kāleṣu mām anusmara yudhya ca (BG 8.7). "Sin bir kṣatriya olaraq, döyüşməkdən imtina edə bilmərsən. Döyüşmək məcburiyyətindəsən. Eyni vaxta da daim məni xatırla, o zaman mümkün olacaq," anta-kāle camām eva smaran (BG 8.5), "o vaxt ölüm anında da məni xatırlaman mümkün olacaq." Mayy arpita-mano-buddhir mām evaiṣyasy asaṁśayaḥ. O təkrar deyir ki, buna şübhə yoxdur. Əgər bir insan özünü bütünlüklə Tanrının tansendental sevgi dolu xidmətinə fəda etmişsə, mayy arpita-mano-buddhir(BG 8.7). Çünkü biz əslində bədənimizlə çalışmırıq. Ağlımızla və zəkamızla çalışırıq. O halda əgər ağlımız və şüurumuz davamlı Ali Tanrı ilə məşğul olarsa, o vaxt təbii olaraq hislərimiz də də Ali Tanrıya xidmətlə məşğul olar. Bhagavad-Gitanın sirri budur. İnsan bunu həm şüur ilə həm də ağıl ilə, iyirmi dörd saat Tanrını fikirləşməyi öyrənmək məcburiyyətindədir. Bu, insan bədənini tərk etdikdən sonra Tanrının krallığına ya da ruhi mühitə keçməyinə kömək edəcəkdir. Müasir alimlər illərdi aya getməyə çalışırlar amma buna nail ola bilmədilər. Amma Bhagavad-Gitada belə bir təklif var. Deyək ki, bir adam bir əlli il daha yaşayır və...Yə'ni heç kim əlli il ərzində ruhi şüurunu inkişaf etdirmək üçün çalışmaz. Bu cox yaxşı bir fikirdir. Amma bir insan on il ya da beş il də olsa səmimiyyətlə bunu edərsə, mayy arpita-mano-buddhir (BG 8.7)...Bu yalnız praktika ilə mümkündür və bu sədaqətli xidmət üsulu, śravaṇaṁ ilə çox asand ola bilir. Śravaṇaṁ. Ən sadə üsul eşitməkdir
- śravaṇaṁ kīrtanaṁ viṣṇoḥ
- smaraṇaṁ pāda-sevanam
- arcanaṁ vandanaṁ dāsyaṁ
- sakhyam ātma-nivedanam
- (SB 7.5.23)
Bu doqquz üsul. Ən asand üsul sadəcə eşidməkdir.