AZ/Prabhupada 1077 - Tanrı Mütləq Olduğu Üçün Onun Adı İlə Özü Arasında Heç Bir Fərq Yoxdur



660219-20 - Lecture BG Introduction - New York

Śrīmad-Bhagavatama Bhaşyo'yam brahma-sutranam deyilir. Vedānta-sūtranın təbii şərhidir. Əgər bu əsərlərlə biz fikirlərimizi istiqamətləndirirsək, tad-bhāva-bhāvitaḥ, sadā. Sadā tad-bhāva-bhāvitaḥ (BG 8.6). Daim məşğul olan... Bu eynilə bir materialistin devamlı qazet, jurnal və fantastik roman v.s. kimi fərqli elmi ya da fəlsəfi, bir cox materyal ədəbiyyat oxumaqla məşqul olmasına oxşayır. Bütün bunlar müxtəlif fikir səviyyələrində olan şeylərdir. Eyni şəkildə əgər biz də Vyāsadev tərəfindən təqdim edildiyi kimi oxuma dağarcığımızı Veda mətinləriylə doldursaq, o vaxt ölüm anında Ali Tanrını xatırlaya bilərik. Bu Tanrının özü tərəfindən tövsiyə edilən tək yoldur. Tövsiyə deyil, bu həqiqətdir. Nāsty atra saṁśayaḥ (BG 8.5). Şübhəsiz. Buna heç bir şübhə yoxdur. Tasmāt, Tanrı buna görə bunları tövsiyə etmişdir; tasmāt sarveṣu kāleṣu mām anusmara yudhya ca (BG 8.7). O Arjunaya bunu tövsiyə edər: mām anusmara yudhya ca. O deməzki, " Sən yalnız məni xatırlamağa devam et və öz işindən, vəzifəndən əl çək". Xeyir. Bu tövsiyə edilməz. Tanrı əsla belə bir şey tövsiyə etməz. Bu maddi dünyada bu bədən üçün insan işləməyə məcburdur. İşlər cəmiyyətiṇ dörd hissəsi arasında ayrılmışdır: brāhmaṇa, kṣatriya, vaiśya, śūdra. Cəmiyyətin ağıllı olan təbəqəsi fərqli şəkildə işləyirlər. İdarəçi hissəsi də fərqli şəkildə işləyirlər, ticarətçilər, istehsalatçılar da fərqli şəkildə işləyirlər və fəhlə sinifi də fərqli işləyirlər. İnsan cəmiyyətində, istəyirsə ticarətçi, istəyirsə siyasətçi ya da idarəci və ya əbədi karyerada, elmi axtarmalarda ən yüksək sinif ağıllı insanlar sinifi də olsa, hər kəs bir işlə məşquldur və insan həyatda yaşaya bilməsi üçün işləməyə, mübarizə etməyə məcburdur. Yə'ni, Tanrı bunu tövsiyə edir "İşindən ayrılmana gərək yoxdur, amma eyni vaxtda Onu xatırlamalısan. Mām anusmara (BG 8.7). Bu sənə ölüm anında da məni xatırlamağına kömək olacaq, məni xatırladacaq. Egər həyat mücadilənin icində məni hər an xatırlamağa cəhd etməsən, o zaman bu mümkün olmayacaq ". Eynı şey Tanrı Çaitanya tərəfindən də tövsiyə edilir, kīrtanīyaḥ sadā hariḥ (CC Adi 17.31). Kīrtanīyaḥ sadā. İnsan hər zaman Tanrının adlarını təkrarlamaqla məşqul olmalıdır. Tanrının adı və özü fərqli deyildir. O halda burada Krişnanın Arcunaya tövsiyəsi mām anusmara (BG 8.7) "Yalnız məni xatırla " və Tanrı Çaitanyanın tə'limatı da "Hər an Tanrı Krişnanın adını təkrarla". Burda Krişna " "Daim məni xatırla" deyir ya da Krişnanı xatırlayın və Tanrı Çaitanya da "Sən daim Krişnanın adını təkrarla" deyir. Yəni heç bir fərq yoxdu çunki Krişna və Krişnanın adı Mütləqdən fərqli deyildir. Mütləq mövqedə, bir şeylə digəri arasında fərq yoxdur. Bu mütləq mövqedir. Elə isə Tanrı mütləq olduğuna görə Onun adı ilə Özü arasında fərq yoxdur. O halda biz belə etməliyik. tasmāt sarveṣu kāleṣu (BG 8.7). Biz hər zaman, iyirmi dörd saat, həyat fəaliyyətlərimizi elə qurmalıyıq ki, iyirmi dörd saat xatırlaya bilək. Bu necə mümkün olur? Bəli, bu mümkün. Mümkün. Burada ācāryalar tərəfindən bir misal verilir. Nədir o misal? Bir qadın əri olduğu halda başqa bir kişiyə bağlanır və bağlılıq çox güclənir. Buna parakīya-rasa deyilir. Qadın yada kişi fərqi yoxdur. Əgər bir kişi arvadından başqa bir qadına bağlanırsa və ya bir qadın ərindən başqa birinə bağlanırsa, bu bağlılıq çox güclüdür. Yə'ni, ācāryalar başqa birinin ərinə bağlanmış pis xasiyyətli bir qadının misalını verirlər, o devamlı fikiləşir, eyni vaxtda da ərinə, ailənin işiylə çox məşqul olduğunu göstərir ki, əri ondan şübhələnməsin. Beləcə də bütün ev işlərini çox gözəl etdiyi halda devamlı gecə sevgilisi ilə görüşmə saatını xatırlayır. Bunun kimi, adam da maddi vəzifələrini cox gözəl etdiyi halda Ali ər Śrī Kṛṣṇanı hər zaman xatırlamalıdır. Bu mümkündür. Bunun üçün çox güclü çox güclü bir məhəbbət olmalıdır.