AZ/Prabhupada 0040 - O Tək Ali Şəxsdir
Lecture on BG 16.8 -- Tokyo, January 28, 1975
Milyonlarca, milyonlarca və trilyonlarca canlı varlıq var və hər birinin qəlbində O var. "Sarvasya cāhaṁ hṛdi sanniviṣṭo mattaḥ smṛtir jñānam apohanaṁ ca" (BG 15.15). O bu cür idarə edir. Yə`ni Onun da bizim kimi idarəci olduğunu fikirləşsək, demək ki, səhv başa düşmüşük. Nəzarət edən Odur. Bir idarə edən var. O, hüdudsuz biliyi ilə və hesabı olmayan köməkçiləriylə, hüdudsuz imkanlarıyla idarə edir. İmpersonalistlər Onun bu qədər hüdudsuz bir gücə sahib olacağını fikirləşə bilmirlər. İmpersonalistlər xəyallarına belə gətirə bilmirlər. Onlar xəyallarında "O da mənim kimi şəxsdisə, mən bunu edə bilmirəmsə O da edə bilməz" deyirlər. Bu səbəblə onlar" mūḍha". "Avajānanti māṁ mūḍhāḥ "(BG 9.11). Onlar Krişnanı özləri ilə müqayisə edirlər. Özü bir şəxs olduğu kimi, Krişna da onun kimi şəxsdir. Onlar bilmirlər. Vedalar bu mə'lumatı verirlər. " O tək bir şəxs olmasına baxmayaraq, sayısız-hesabsız bütün insanlara baxa bilir." Onlar bunu bilmirlər. "Eko yo bahūnāṁ vidadhāti kāmān". O təkbaşına milyonlarca, trilyonlarca şəxsə baxır. Biz hər birimiz şəxsik. Mən bir şəxsəm, sən bir şəxssən, qarışqa bir şəxs, pişik bir şəxs, it bir şəxs və böçək də bir şəxsdir. Ağaclar da şəxs. Hamı bir şəxsdir və başqa bir şəxs daha var. O da Tanrı- Krişnadır. O tək bir şəxs bütün bu fərqli milyonlarca, trilyonlarca saydaki şəxsə baxır. Bu Vedik... "Eko yo bahūnāṁ vidadhāti kāmān, nityo nityānāṁ cetanaś cetanānām "(Kaṭha Upaniṣad 2.2.13). Mə'lumat budur. Ayrıca Kṛiṣṇa Bhagavad-Gītāda deyir ki; "ahaṁ sarvasya prabhavo, mattaḥ sarvaṁ pravartate, iti matvā bhajante māṁ..." (BG 10.8). Bu səbəblə bir sadiq bunu yaxşı başa düşdüyündə "Bəli lider olan, nəzarət edən, herşeyin davamını tə'min edən tək Ali Şəxs burda" o vaxt Ona təslim olur və Onun sadiqi olur.