AZ/Prabhupada 0035 - Bu Bədəndə İki Canlı Var

Revision as of 18:53, 26 July 2018 by Elben (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Lecture on BG 2.1-11 -- Johannesburg, October 17, 1975

Kṛiṣṇa guru oldu və öyrətməyə başladı. Tam uvāca hṛṣīkeśaḥ. Hṛṣīkeśa..., Kṛṣṇanın digər adı Hṛṣīkeśadır. Hṛṣīkeśa, hṛṣīka īśa deməkdir. Hṛṣīka hiss deməkdir və īśa, sahib deməkdir. Buna görə Kṛiṣiṇa bizim hislәrimizin sahibidir, hamının hislәrinin sahibidir. Bu Onüçüncü Bölmədə açıqlanacaq, kṣetra-jñaṁ cāpi māṁ viddhi sarva-kṣetreṣu bhārata (BG 13.3). Bu bədəndə iki canlı yaşamaqdadır. Biri mənim özüm, fərdi ruh olan ātmā və digəri də Kṛiṣṇa, Paramātmā. Īśvaraḥ sarva-bhūtānāṁ hṛd-deśe arjuna tiṣṭhati (BG 18.61). Bun görə əslində sahip olan Paramātmādır. Mənə yalnız ondan istifadə etmək imkanı verildi, ona görə mənim hislәrim - guya ki, mənim hislәrim -mənə aid deyil. Əlimi mən yaradmadım. Bu əl Tanrı tərəfindən təbiətin vasitəsilə yaradıldı və yemək yeyə bilmək, bir şeyləri toplamaq, öz işlərimi görə bilmək üçün mənə verildi. Amma əslində bu mənim əlim deyil. Yoxsa bu əl hərəkət edə bilmədiyində "mənim əlim "olduğunu deyirəm- ondan istifadə edə bilmirəm çünki, əlin gücü, sahibi tərəfindən geri alınmışdır. Eyni, bir evdə kiracı olduğumuz kimi, Əgər evin sahibi bizi çıxarırsa orada yaşaya bilmərəik. Oradan istifadə edə bilmərik. Bunun kimi, bu bədənin əsl sahibi, Hṛṣīkeśa burda qalmağımıza icazə verdiyi müddətcə istifadə edə bilərik. Bu səbəblə, Kṛiṣṇanın adı Hṛṣīkeśadır. Bu o demәkdir ki, biz Kṛiṣṇa şüuru hərakatında hislәrimizin Kṛiṣṇadan gəldiyini qəbul edirik. Kṛiṣṇa üçün istifadə edilir. Kṛiṣṇa üçün istifadə etmək yerinə biz hislәrimizi məmnun etmək üçün istifadə edirik. Bu bizim həyatımızın acınacaqlı halıdır. Kiracı olduğumuz bir yerdə yaşadığımız kimi, amma kiranı verməsəniz- bunun, sizin malınız olduğunu hesab edərsiniz- o zaman problem olar. Bunun kimi Hṛṣīkeśanın mənası "əsl mal sahibi Kṛiṣṇadır" demәkdir. Mənə bu mülk verildi. Bu Bhagavad-gītāda göstərilmişdir. 
īśvaraḥ sarva-bhūtānāṁ
hṛd-deśe 'rjuna tiṣṭhati
bhrāmayan sarva-bhūtāni
yantrārūḍhāni māyayā
(BG 18.61)

Yantra: Bu bir maşındır. Bu maşın mənə Kṛiṣṇa tərəfindən verildi çünki, mən, "Əgər bir insan bədəninə sahip olsam, bu şəkildə zevk alabilərəm" deyə arzu etdim. Ona görə Kṛiṣṇa istədiyinizi yerinə yetirir: "Cox yaxşı." Əgər "Başka bir heyvanın qanını birbaşa olaraq əməbiləcəyim bir maşın olursa," diyə düşünsəm Kṛiṣṇa da "Yaxşı" deyər, "sən bir pələng bədəni al və ondan istifadə et." Yəni bu davam edir. Bu səbəblə, Onun adı Hṛṣīkeśa. Biz bunu düzgün bir şəkildə anladığımızda "Bu bədənin sahibi mən deyiləm. Bədənimin sahibi Kṛiṣṇadır. Mən hissi məmnuniyyətim üçün bir cür bədən istədim. O da mənə verdi amma mən xöşbəxt deyiləm. Buna görə bu maşını sahibi üçün necə istifadə edəcəyimi öyrənməliyəm" dediyimiz vaxt, buna bhakti deyilir.

Hṛṣīkeṇa hṛṣīkeśa-sevanaṁ bhaktir ucyate (CC Madhya 19.170). Nə vaxt ki, bu hislәr-çünkü Kṛiṣṇa hislәrin sahibidir, O bu bədənin sahibidir - dolayısıyla bu bədəndən Kṛiṣṇaya xidmət etmək üçün istifadə edәrsәk,  həyatımız mükəmməl olur.