AZ/Prabhupada 0001 - On Milyon Olun



Lecture on CC Adi-lila 1.13 -- Mayapur, April 6, 1975

Prabhupāda: Caitanya Mahāprabhu bütün ācāryalara deyir ki; " Nityānanda Prabhu, Advaita Prabhu və Śrīvāsādi-Gaura-bhakta-vṛnda." Onların hamısı Śrī Caitanya Mahāprabhunun tə'limatlarını daşıyanlardır. Buna görə də ācāryaların yolundan getməyə çalışın. O vaxt həyatınız müvəffəqiyyətli olacaq və açarya olmaq cox çətin deyil. Hər şeydən əvvəl açaryanızın inamlı bir xidmətçisi olmaq üçün onun dediklərini nöqtəsinə kimi yerinə gətirin. Onu razı salın və Krişna şüurunu yayın. Bu qədər. Heç çətin deyil. Guru Maharacınızın təlimatlarını yerinə gətirməyə çalışın və Krişna şüurunu yayın. Bu Tanrı Çaitanyanın təlimatıdır.

āmāra ajñāya guru hañā tāra' ei deśa
yāre dekha tāre kaha 'kṛṣṇa'-upadeśa
(CC Madhya 7.128)

"Mənim təlimatımı izləyərək guru olursunuz." Əgər açarya sistemini ciddi izləyərsək və Krişnanın təlimatını yaymaq üçün əlimizdən gələni edərsək. Yāre dekha tāre kaha 'kṛṣṇa'-upadeśa (CC Madhya 7.128). İki cür kṛṣṇa-upadeśa vardır. "Upadeşa" təlimat deməkdir. Krişna tərəfindən verilən təlimat. 'kṛṣṇa'-upadeśadır və Kṛṣiṇa hakkında alınan təlimat da 'kṛṣṇa'-upadeśadır. Kṛiṣṇasya upadeśa iti kṛṣṇa upadeśa. Samāsa, śāsti-tat-puruṣa-samāsa. Kṛiṣṇa viṣayā upadeśa, bu da Kṛiṣṇa upadeśasıdır. Bāhu-vrīhi-samasa. Bu Sanskrit qramatiqasını analiz etmək yoludur. Krişnanın upadeşası Bhagavad-Gitadır. Birbaşa təlimat verir. Krişna upadeşanı yayan, yalnız Krişna tərəfindən deyilənləri təkrar edər. O vaxt ācārya olursunuz. Heç çətin deyil. Hər şey orda göstərilmişdir. Biz yalnız papuqay kimi təkrar etməlyik. Tam papuqay kimi deyil, çünkü papuqay mənasını bilməz. Sadəcə o səsi cıxardır. Amma siz eyni vaxtda mənasını da bilməlisiniz. Əks halda necə anladabilərsiniz? Buna görə biz Krişna şüurunu yaymaq istəyirik. Yalnız özünüzü Krişnanın məsajını necə yaxşı, heç bir səhv olmadan təkrar etməyə hazırlayın. Sonra gələcəkdə...Təsəvvür edin ki, indi on min nəfərik. Amma yüz min olacağıq. Bu lazımdı. Yüz mindən milyona və milyondan da on milyona.

Sadiqlər: Haribol ! Jaya !

Praphupada: Beləcə də ācārya qıtlığı olmayacaq və insanlar Krişna şüurunu asand anlayacaqlar. Bu təşkilatı qurun. Yalançı qürurunuz tərəfindən şişirdilməyin. Ācāryanın təlimatlarını izləyin və özünüzü yetişdirin, mükəmmələşdirin. O zaman māyāya qarşı gəlmək asand olacaq. Bəli. Ācāryalar- onlar māyānın fəaliyyətlərinə qarşı müharibə elan edərlər.