AZ/Prabhupada 1080 - Bhagavad Gitada Deyilir-Tək Tanrı Krişnadır.Krişna Ayrı Bir Məssəbin (dinin) Tanrısı Deyildir



660219-20 - Lecture BG Introduction - New York

Bhagavad-Gitanın son hissəsində Tanrı olduqca uca səslə deyir- ahaṁ tvāṁ sarva-pāpebhyo mokṣayiṣyāmi mā śucaḥ (BG 18.66). Tanrı məsuliyyəti alır. Tanrıya təslim olan şəxsin bütün zərərinin mə'suliyyətini, bütün günahlaının məsuliyyətini Tanrı öz üstünə götürür.

mala-nirmocanaṁ puṁsāṁ
jala-snānaṁ dine dine
sakṛd gītāmṛta-snānam
saṁsāra-mala-nāśanam
(Gītā-māhātmya 3)

İnsan hər gün suyla yuyunaraq özünü təmizləyir, amma Bhagavad-Gitanın müqəddəs Ganq sularında yuyunan biri maddi həyatın bütün çirklərindən tamamən azad olur.

gītā su-gītā kartavyā
kim anyaiḥ śāstra-vistaraiḥ
yā svayaṁ padmanābhasya
mukha-padmād viniḥsṛtā
(Gītā-māhātmya 4)

Çunkü, Bhagavad-Gita Tanrı Ali Şəxs tərəfindən danışılıb, bu səbəblə insanlar...İnsanlar bütün digər Veda ədəbiyyatlarını oxumamış olabilərlər. Yalnız Bhagavad-Gitanı diqqətlə və daim oxusalar və dinləsələr, gītā su-gītā kartavyā...və əlbətdə insan bu yolu mənimsəməlidir. Gītā su-gītā kartavyā kim anyaiḥ śāstra-vistaraiḥ. Çünkü bu zamanda insanlar cox şeydən utanır, bütün diqqətini Veda əsərlərindəki deyilənlərə istiqamətləndirməsi mümkün deyil. Amma bu tək əsər işə yarayacaqdır, cünkü bütün Veda əsərlərinin köküdür və şəxsən də Tanrı Ali Şəxs tərəfindən danışılmışdır.

bhāratāmṛta-sarvasvaṁ
viṣṇu-vaktrād viniḥsṛtam
gītā-gaṅgodakaṁ pītvā
punar janma na vidyate
(Gītā-māhātmya 5)

Deyilir ki, Gangın suyunu içən azad olur, o halda Bhagavad-Gitanı 'içənə' söz olmaz. Bhagavad-Gita bütün Mahabharatanın cövhəridir və Vişnu tərəfindən danışılmışdır. Tanrı Krişna Vişnudur. Viṣṇu-vaktrād viniḥsṛtam. Bu, Tanrı Ali Şəxsin ağzından çıxır və gangodakam, deyilir ki, Gang Tanrının lotus ayaqlarından yayılır. Bhagavad-Gita Tanrının ağzından yayılır. Əlbətdə Ali Tanrının ağzı ilə ayaqları arasında fərq yoxdur. Yenə də neytral bir mövqedən deyə bilərik ki, Bhagavad-Gitanın Gangın suyundan belə daha əhəmiyyətlidir.

sarvopaniṣado gāvo
dogdhā gopāla-nandana
pārtho vatsaḥ su-dhīr bhoktā
dugdhaṁ gītāmṛtaṁ mahat
(Gītā-māhātmya 6)

Eyni...Gitopanişad bir inək kimidir, Tanrı da məşhur naxırçıdır və O bu inəyi sağırdı. Sarvopanişado. Bu bütün Upanişadların köküdür və inək olaraq təmsil edilir. Tanrı da usta bir naxırçı olaraq inəyi sağır və pārtho vatsaḥ. Arcuna da eyni buzov kimidir. Su-dhīr bhoktā. Müdrüklər və saf sadiqlər bu südü içməlidirlər. Su-dhīr bhoktā dugdhaṁ gītāmṛtaṁ mahat. Bhagavad-gītā'nın südü, cövhəri bilikli sadiqlər üçündür.

ekaṁ śāstraṁ devakī-putra-gītam
eko devo devakī-putra ev
eko mantras tasya nāmāni yāni
karmāpy ekaṁ tasya devasya sevā
(Gītā-māhātmya 7)

İndi dünya Bhagavad-Gitadan dərs öyrənməlidir. Evaṁ śāstraṁ devakī-putra-gītam. Bütün dünya üçün yalnız bir kitab, bütün dünyanın insanları üçün ortaq bir kitab var və o da bu Bhagavad Gitadır. Devo devakī-putra eva və bütün dünya üçün yalnız bir Tanrı var, o da Tanrı Şri Krişnadır və eko mantras tasya nāmāni. Tək bir ilahi, mantra, bir dua, ya da bir ilahi onun adını zikr etməkdir, Hare Kṛṣṇa Hare Kṛṣṇa Kṛṣṇa Kṛṣṇa Hare Hare, Hare Rāma Hare Rāma Rāma Rāma Hare Hare. Eko mantras tasya nāmāni yāni karmāpy ekaṁ tasya devasya sevā. Yalnız bir iş var o da Tanrı Ali Şəxsə xidmət etməkdir. Əgər insanlar Bhagavad-Gitadan öyrənsələr, o vaxt insanlar bir dinə, bir Tanrıya, bir kitaba, ya da həyatda tək fəaliyyət üçün can atarlar. Bu, Bhagavad-Gitada ümumi şəkildə verilir- Tək Tanrı Krişnadır. Krişna bir məzhəb Tanrısı deyil. Krişna, Krişna adındandır... Daha əvvəldə açıqladığımız kimi, Krişna ən böyük həzz deməkdir.