AZ/Prabhupada 0051 - Kor Bir Beyin Bədənin Arxasında Nə Olduğunu Anlamaz
Interview with Newsweek -- July 14, 1976, New York
Jurnalist: Bir gün Kṛişna şüurunun dünyadaki bütün insanlara yayılacağına inanırmısınız?
Prabhupāda: Bu mümkün deyil. Bu daha çox ən ağıllı olan insan sinifi içindür. Yəni bu hərakat ən ağıllı insan sinifi üçündür.
Jurnalist: Amma ən ağıllı siniflər arasında.
Prabhupāda: Amma biri ağıllı sinif deyilsə, o sinifə aid... o başa düşməz. Hamının ağıllı olmasını gözləyə bilmərik. Kṛiṣṇa ye bhaja se baḍa catura. Biri cox ağıllı deyilsə, Krişna şüurunda ola bilməz, çünki bu fərqli bir mövzudur. İnsanlar diqqətlərini həyatın bədənlə əlaqəli tərəfinə verirlər. O bundan da yuxarıdır. Kor bir beyin bədənin sonrasında nə olduğunu anlamaz. Yəni hamının Krişna şüurunu başa düşməsini gözləyə bilmərsən. Bu mümkün deyil.
Jurnalist: İnsanlığın genetik mükəmməlliyi ilə əlaqəli çox şey danışılır, genetik mükəmməlliyə çatmaq cəhdi..
Prabhupāda: Genetik nədir?
Jurnalist: Genetik mükəmməllik nədir?
Bali-mardana: Dünən genetik elmi haqqında danışırdıq. Xüsusiyyətlərini başa düşməyə cəhd edirlər, zehin və bədən necə olmuş və sonra bunu deyişdirmək istəyirlər.
Prabhupāda: Biz bunu çoxdan... Hardadı o kitap?
Rāmeśvara: Svarūpa Dāmodaranın kitabı.
Prabhupāda: Bəli. Gətirin.
Rāmeśvara: Sualınız nədir?
Muhabir: Mənim sualım... Bir az əvvəl texnologiya alətlərindən necə istifadə edilməsindən danışırdınız. Əgər bir şey olan bir cəmiyyət varsa...
Prabhupāda: Kitap burada deyil? Heç bir yerdə yoxdu?
Muhabir: Sizdən soruşum. Əgər texnologiya vasitəsiylə insanlıq inkişaf edərsə, başqa bir sözlə, insanların orta sayısı indiki ağıllı deyilən insandan daha ağıllı olursa...
Prabhupāda: Ağıllı insan... Əgər biri bu bədən olmadığını başa düşsə-bədənin içində...Eyni, köynəyiniz kimi. Amma siz köynək deyilsiniz. Hamı başa düşə bilər. Siz köynəyin içindəsiniz. Bunun kimi, bu bədən omadığını başa düşən şəxs də bədənin içindədir...Bunu hər kəs başa düşə bilər., çünki, bədən öldüyü vaxt, aradaki fərq nədir? Çünki, bədəndəki yaşama güçü gedir, ona görə də ona ölü bədən deyirik.
Jurnalist: Ancaq ruhi olaraq aydınlanmış cox ağıllı insan var, hətta bu bədən olmadıqlarını, bədənin cansız olduğunu və başqa şeylərin olduğunu bilən insanlar belə var. Niyə bu insanlar, niyə ruhi olaraq başa düşmürlər.?
Prabhupāda: Əgər biri bu bədən olmadığını, bu sadə şeyi başa düşmürsə, o vaxt heyvandan fərqi yoxdur. Ruhi baxışa görə birinci belə anlamaq olar. Bu bədən olduğunu fikirləşirsə, deməli heyvanlarla eyni kateqoriyadadır.
Rāmeśvara: Onun sualı... Deyəlim ki, biri ölümdən sonraki həyata inanır, maddi standartlara görə də agıllı bir insan olsun. Niyə o özü o ...?
Prabhupāda: Xeyir, maddi standart ağıl deyildir. Maddi standart : "Mən bu bədənəm. Mən Amerikalıyam. Mən Hindliyəm. Mən tülküyəm. İtəm. İnsanam." Maddi anlamaq budur. Ruhi anlamaq bundan üstədir. "mən bu bədən deyiləm"dir. Bu ruhi vəziyyəti anlamağa çalışdığında, o vaxt ağıllıdır. Yoxsa deyildir.
Jurnalist: Bu demək ki...
Prabhupāda: Onları mūḍha olaraq başa düşürlər. Mūḍha eşşək deməkdir. Birinci başa düşülən budur, insan özünü bu bədən olaraq bilməməlidir.
Jurnalist: Bundan sonra hansı anlama gəlir...?
Prabhupāda: Eyni it kimi. İt bu bədən olduğunu fikirləşir. İnsan da belə fikirləşsə, bədən olduğunu - o vaxt itdən daha yaxşı vəziyyətdə deyildir.
Jurnalist: Bundan sonra hansı gəlir?
Bali-mardana: Bu bədən olmadığınızı başa düşdükdən sonra nə gəlir?
Prabhupāda: Ha! Bu cox ağıllı bir sual. O vaxt bunu kəşf etməsi lazımdır "Mən yalnız bu bədənlə əlaqəli olan həyatla məşğulam. O vaxt mənim məşğulıyyətim nədir?" Bu Sanātana Gosvāmīnin sualıdır, "Məni bu materyal məşğələdən qurtardın. İndi vəzifəmin nə oıduğunu öyrənməmə icazə ver." Buna görə də insan vəzifəsinin nə olduğunu bilib başa düşməsi üçün bir mə'nəvi müəllimə getməlidir. "Əgər mən bu bədən deyilsəm, o vaxt mənim vəzifəm nədir?."Çünki, gecə-gündüz bu bədənlə məşğulam. Yemək yeyirəm, yatıram, sekslə məşğul oluram, özümü qoruyuram- bunların hamısı bədənin tələbatıdır. Mən də bu bədən deyilsəm, mənim vəzifəm nədir? Bax bu ağıldır.
Rāmeśvara: Yəni dediniz ki, "Bu bədən olmadığınızı öyrəndikdən sonra nə gəlir? Prabhupada deyir ki, bundan sonraki sizin nə etməniz lazım olduğunuzu tapmaqdır və bunun üçün özünü kəşf etmiş bir ruhdan ya da mə'nəvi müəllimdən öyrənməlisiniz.
Jurnalist: Kitaplardaki kimi bir mənəvi müəllim .
Bali-mardana: Fərdi olaraq ya da...
Puṣṭa Kṛṣṇa: Prabhupāda bu bədənlə əlaqəli cox vəzifəmiz olduğunu anladırdı. İşləyirik, seks həyatımız var, yemək yeyirik. yatırıq, özümüzü müdafiyə edirik- bir cox şey. Bütün bunlar bədənlə əlaqəli. Əgər bu bədən deyilsəm, mənim vəzifəm nədir? Mənim məsuliyyətim nədir? Bunu başa düşəndən sonrası bir mə'nəvi müəllimdən təlimat almasıdır, irəliləmək və vəzifəsinin nə olduğunu başa düşməkdir. Bu cox vacibdir.
Prabhupāda: Yemək, yatmaq, seks həyatı və müdafiyə üçün belə bir müəllimdən fikir almağa ehtiyacımız var. Məsələ, nə cür yeməklər yeməmiz lazım oldugunu, bilən birindən öyrənirik, nə cür vitamin, nə cür...Yəni bunu da bilmək üçün oxumaq lazımdır və yatmaq üçün də. Həyatın bədənlə əlaqəli şeylərini başa düşmək üçün də başqalarından öyrənmək lazım olur. Biri bu həyatı bədənlə əlaqəli deyil də onun üstündə fikirləşirsə -başa düşürsə ki, "Mən bu bədən deyiləm mən ruham"- belə də eyni şəkildə bilən birindən öyrənib və dərs almalıdır.