AZ/Prabhupada 0106 - Birbaşa Krişnaya Gedən Bhakti Liftindən İstifadə Edin



Lecture on BG 18.67 -- Ahmedabad, December 10, 1972

Beləliklə, "mama vartmānuvartante"- o deməkdir ki, göydələnin ən üstündəki kimi- bunlardan Amerikada cox var. Yüz beş mərtəbə. Məncə ən axırıncı belə idi. Fikirləşin ki, siz ən üst mərtəbəyə çıxmaq məcburiyyətindəsiniz. Orda pilləkənlər var. Hər kəs ora çıxmaq istəyir. Deyək ki, biri on pillə çıxıb, biri deyəlim əlli pillə çıxıb. Başqa biri də yüz pillə. Amma deyək ki, siz iki yüz pilləni çıxmalısınız. Yə'ni pilləkən eynidir. "Mama vartmānuvartante". Çünki, məqsəd ən üst mərtəbəyə çıxmaqdır. Amma on pilləkəni cıxan, əlli pilləkəni çıxandan aşağıdadır və əlli pilləkəni çıxan da, yüz pilləkəni çıxandan aşağıdadır. Yə'ni bir-birinə oxşayan fərqli proseslər var. Amma bütün proseslər eyni deyil. Eyni məqsədi üçün çalışırlar; karma, jñāna, yoga, bhakti, amma bhakti ən üst pillədir. Çünki bhakti platformasına gəldiyiniz vaxt Krişnanın nə olduğunu başa düşə bilərsiniz. Karmayla, jñānayla, yogayla deyil. Bu mümkün deyil. Siz çalışırsınız, o məqsədə doğru gedirsiniz, amma Krişna deyir ki; bhaktyā mām abhijānāti (BG 18.55). O demir ki, "Jñānayla, karmayla, yogayla". Xeyir. Siz bunu başa düşə bilmərsiniz. Pilləkənləri çıxa bilərsiniz, amma əgər siz Krişnanı tanımaq istəyirsinizsə, onun üçün yalnız bhakti. "Bhaktyā mām abhijānāti yāvān yaś cāsmi tattvataḥ"(BG 18.55). Prosess belədir. Buna görə də "mama vartmānuvartante", o deməkdir ki; "Hamı öz qabliyyətinə, imkanlarına görə Mənə tərəf gəlməyə çalışır, amma kim ki, Məni doğurdan da da başa düşmək istəyir, onun üçün bu çətin prosess deyil." Eyni, orda pilləkənlərin olduğu kimi- bu ölkədə deyil, amma Avropa və Amerika ölkəlrində-yanında lift də var. O vaxt pillə-pillə ən yüksək mərtəbəyə çıxana qədər, liftdən istifadə edin. Dərhal, bir saniyədə gedin. Əgər siz bhakti liftinə minsəniz, o vaxt dərhal Krişna ilə birbaşa əlaqə saxlaya bilərsiniz. Pillə-pillə getməkdənsə, niyə istifadə etməyəsiniz? Buna görə Krişna deyir: " sarva-dharmān parityajya mām ekaṁ śaraṇaṁ vraja: (BG 18.66). "Yalnız mənə təslim ol." Sənin işin tamamlanmışdır, niyə o qədər əziyyət çəkirsən;- pillə, pillə, pillə, pillə ?.