AZ/Prabhupada 0204 - Mən Qurunun Mərhəmətini Alıram. Bu Vanidir
(Redirected from AZ/Prabhupada 0204 - Ben Gurunun Merhametini Alıyorum. Bu Vanidir)
Morning Walk -- July 21, 1975, San Francisco
Prabhupāda: İkisi ilə də ünsiyyətiniz olmalıdır. Quru-kṛṣṇa-kṛpāya pāya bhakti-latā-bīja (CC Madhya 19.151). Həm gurunun krpası həm də Kṛiṣṇanın kṛpāsı ikisi də olmalıdır. O vaxt əldə edəcəksiniz.
Jayādvaita: Biz quru-kṛpānı əldə etməyi çox istəyirik.
Prabhupāda: Kim?
Jayādvaita: Biz, hamımız.
Prabhupāda: Bəli. Yasya prasādād bhagavat-prasādaḥ. Əgər gurunun kṛpāsını əldə etsəniz, avtomatiq olaraq Kṛṣṇaya da çatarsıṇız.
Nārāyaṇa: Ruhaṇi ustadı məmnun etdiyimizdə quru-kṛpā qazaṇılır, elə değil Śrīla Prabhupāda?
Prabhupāda: Bu başqa ṇecə ola bilər? Nārāyaṇa: Üzr istəyirəm? Prabhupāda: Başqa cür necə qazanıla bilər?
Nārāyaṇa: Bəs o vaxt sizi görmyən vəya sizinlə söhət etmək şansı olmayanlar...
Prabhupāda: Bunlar, vāṇī və vapuḥ. Onun bədənini görməsən də, sözlərinə qulaq asarsan- vāṇī.
Nārāyaṇa: Bəs onlar sizi məmnun edib etmədiklərini necə biləcəklər Śrīla Prabhupāda?
Prabhupāda: Əgər siz doğurdan da qurunun sözlərinə əməl edirsinizsə, quru məmnun olacaqdır və əgər etmirsinizsə, necə məmnun ola bilər?
Sudāmā: Yalnız bu deyil, sizin mərhəmətiniz hər yerə yayılıb və əgər biz bundan istifadə edərsək, bizə bir dəfə anlatdığınız kimi, nəticəsini hiss edəcəyik.
Prabhupāda: Bəli.
Jayādvaita: Əgər qurunun dediklərinə inanırsaq, avtomatik olaraq onları yerinə yetirərik.
Prabhupāda: Bəli. Mənim gurum Mahārāja 1936-da bu dünyadan köçdü və mən bu hərakatı otuz il sonra 1965-də başlatdım. Sonra? Qurumun mərhəmətini qazanıram. Bu vāṇīdir. Quru fiziki olaraq olmasa da, vāṇīyi izləsəniz, kömək ala bilərsiniz. Sudāmā: Şagird qurunun tə'limatlarını izləməkdən əl çəkmədiyi müddətçə ayrılıq olmaz.
Prabhupāda: Bəli. Cakhu-dān dilo jei... sonra necə idi?
Sudāmā: Cakhu-dān dilo jei, janme janme prabhu sei.
Prabhupāda: Janme janme prabhu sei. Ayrılıq hardadır? Sənin gözlərini açan adam, doğumdan doğuma sənin prabhundur.
Paramahaṁsa: Ruhani ustadınızla ayrılığınızı heç hiss etmədiniz?
Prabhupāda: Bu haqda soruşmağama ehtiyac yoxdur.