AZ/Prabhupada 1066 - Ağılsız İnsanlar Ali Həqiqəti Qeyri Şəxs Olaraq Xarakterizə Edirlər



660219-20 - Lecture BG Introduction - New York

Bütün tənzimləmənın mərkəzi fiquru, yaradılışın mərkəzi fiquru, həzz almanın mərkəzi fiquru Ali Tanrıdır və canlı varlıqlar Onun sadəcə əməkdaşlarıdır. Onlar əməkdaşlıq edərək zevq alırlar. Bu, sahib ilə xidmətçi munasibətindəki kimidir. Əgər sahib tamamilə məmnundusa, xidmətçilərdə avtomatiq məmnun olurlar. Bu qanundur. Eyni şəkildə Tanrı məmnun edilməlidir, yaradıcı olmaq meylinə və bu maddi dünyadan zevq alma meylinə baxmayaraq...Bunlar canlı varlıqlarda da var, cünkü Ali Tanrıda da var. O yaratdı, bu təcəlli etmiş kosmiq dünyanı O yaratdı. Bhagavad-Gitada Ali idarəçi, idarə edilən canlı varlıqlar, kosmiq təcəlli, əbədi zaman və fəaliyyətlərdən ibarət olan bütün tamamı görürük, hamısı əskiksiz şəkildə açıqlanır. Beləliklə, bunların hamısını birlikdə, bütöv olaraq götürdüyümüzdə Mütləq Həqiqəti təşkil edir. Əskiksiz Bütün yada Ali Mütləq Doğru, Tanrı Ali Şəxs -Şri Krişnadır. Açıqladığım kimi təcəlli onun fərqli enerjisindən meydana gəlir və O tam bütündür. Qeyri-şəxsi Brahman da Bhagavat-Gitada açıqlanır, qeyri-şəxsi Brahman da Əskiksiz Şəxsə tabedir. Brahmano 'haṁ pratiṣṭhā (BG 14.27) Qeyri-şəxsi Brahman da. O...Qeyri-şəxsi Brahman, Brahma-sutrada daha açıq bir şəkildə işıq kimi təsvir edilmişdir. Günəş işığı günəş planetinin işıqları olduğu kimi, qeyri-şəxsi Brahman da Ali Brahmanın vəya Tanrı Ali Şəxsin parıldayan işığıdır. Buna görə də qeyri-şəxsi brahman, Mütləq Həqiqətin qismi təzahürüdür, Paramatma konsepsiyası da elə. Bu şeylər də açıqlanır. Puruṣottama-yoga. Puruṣottama-yoga bölümünü oxuduğumuz zaman, Ali Şəxs- Puruşottamanın qeyri-şəxsi Brahma və Paramatmanın qismi təzahüründən də yuxarıda olduğunu görəcəyik. Tanrının Ali Şəxsi "sac- cid-ananda-vigraha"dır. (BS 5.1) Brahma-samhita bu şəkilde başlayır: īśvaraḥ paramaḥ kṛṣṇaḥ sac-cid-ānanda-vigrahaḥ, anadir ādir govindaḥ sarva-kāraṇa-kāraṇam (BS 5.1)."Govinda, Krişna bütün səbəblərin səbəbidir. O başlıca Tanrıdır. "Elə isə Tanrının Ali Şəxsi sac-cid-ānanda-vigrahadır. Qeyri-Şəxsi Brahman anlayışında Onun "sat" - əbədi olduğu başa düşülməlidir. Paramatma anlayışında da onun "sat-cit"- əbədi bilik olduğu başa düşülməlidir. Lakin, Tanrının Şəxsini Krişna olaraq başa düşmək, onun bütün transendental xüsusiyyətlərini görməkdir, sat, cit və ananda, əskiksiz vigraha. Vighara "forma" deməkdir. Vighara mə'nasındadır. Avyaktam vyaktim āpannaṁ manyante mām abuddhayaḥ (BG 7.24). Ağılsız insanlar fikirləşirlər ki, Ali Həqiqət qeyrişəxsidir, amma O bir şəxsdir, transendental bir şəxsdir. Bu bütün Veda ədəbiyyatlarında təsdiqlənir. Nityo nityānāṁ cetanaś cetanānām ( Kaṭha Upaniṣad 2.2.13). Yə'ni bizdə şəxslərik, fərdi canlı varlıqlarıq, şəxs olduğumuz üçün, öz fərdiliyimiz olduğu üçün, biz hamımız fərdiz, eyni şəkildə Ali Həqiqət, Ali Mütləq, O da bir şəxsdir. Ancak, Tanrının Şəxsini Onun bütün transendental xüsusiyyətlərinin- sat, cit və ananda kimi, əskiksiz vigrahada dərk etməkdir. Vigraha forma deməkdir. Bu səbəblə, Tam Bütün formasız deyildir. Əgər O şəkilsiz olsaydı yada hərhansı bir əskiyi olsaydı, o zaman O əskiksiz bütün olmazdı. Əskiksiz Вütün bizim bildiyimiz və bildiklərimizdən də artıq hərşeyi bilməlidir. Yoxsa O Вütün ola bilməz. Əskiksiz bütün, Tanrı Ali Şəxsin sonsuz gücü vardır. Parāsya śaktir vividhaiva śrūyate (CC Madhya 13.65|CC Madhya 13.65, açıklama). Eyni zamanda Bhagavad Gitada Onun necə fərqli potansiallarda hərəkət etdiyi açıqlanır. Bu dəqiqə içində olduğumuz fenomenal yada maddi dünya özlüyündə əskiksizdir, cünkü, pūrṇam idam (Śrī Īśopaniṣad, Dua). Sankhya fəlsəfəsinə görə olan 24 element, maddi kainatın müvəqqəti bir təzahürü olduğu bu 24 element, tamamilə kainatın qoruması və var olması üçün lazım olan şeylərin istehsal edilməsin görə tənzimlənmişdir. Kainatın davam etməsi üçün çöldən başqa heç bir şeyə gərək yoxdur. O öz vaxtında əskiksiz bütünün enerjisiylə təşkil edilir, tənzimlənir, qurulur və vaxtı dolduğunda, bu müvəqqəti təzahürlər bütünün əskiksiz tənzimləməsiylə yox olacaqdır.