AZ/Prabhupada 1065 - Hər Şeydən Əvvəl Biməlisən ki, Sən Bu Bədən Deyilsən.



660219-20 - Lecture BG Introduction - New York


İndi bizim bu qədər maddi olaraq kirlənmiş halımıza, bizim şərti mərhələmiz deyilir. Şərti mərhələ. Yalançı ego, yalançı şüur...Yalançı şüur "mən bu maddi təbiətin məhsuluyam" fikri altında ortaya cıxır. Buna yalançı ego deyilir. Bütün maddi fəaliyyətlər, yasyātma-buddhiḥ kuṇape tri-dhātuke (SB 10.84.13). Yasyātma-buddhiḥ kuṇape tri-dhātuke, bədən kosepsiyası çərçivəsidə fikirləşən şəxs. Bütün Bhagavat-Gita Tanrı tərəfindən açıqlandı, cünki, Arcuna özünü 'bədən' olduğu fikriylə təmsil etmişdir. O zaman şəxs özünü, bədəndən ibarət olduğu fikrindən azad etmək məcburiyyətindədir. Azad olmaq istəyən transendentalistin ilk fəaliyyəti Azad olmaq istəyən transendentalistin ilk fəaliyyəti budur. Hər şeydən əvvəl öyrənməlidir ki, o, bu maddi bədən deyil. Beləlikle bu şüur, veya maddi şüur... Maddi şüurdan xilas olmağa "mukti" deyilir. Mukti yada azad olmaq, maddi şüurdan xilas olmaq deməkdir. Şrimad-Bhagavatada da xilas olmaq : muktir hitvānyathā rūpaṁ svarūpeṇa vyavasthitiḥ-şəklində göstərilir. (SB 2.10.6). Svarūpeṇa vyavasthitiḥ kimi acıqlanır. Mukti, maddi dünyanın kirlənmiş şüurundan xilas olub və saf şüura keçmək deməkdir. Bütün kəlamlar, Bhagavat-Gitanın kəlamları o saf şüuru oyandırmaq üçün çalışır. Bhagavat-Gitanın Bhagavat-Gitanın son bölməsində görəcəyik ki, Krişna Arcunadan artıq təmizlənmiş bir şüurda olub olmadığını soruşur. Şüuru təmizlənmişmi ya yox. Saf şüurda olmaq Tanrının göstərişlərinə görə hərəkət etməkdir. Saf şüur budur. Təmizlənmiş şüurun kökü, nəticəsi budur. Şüur artıq mövcuddur, ancaq biz kiçik parçalar olduğumuz görə, tə'sir altında qalırıq. Maddi qunanın tə"siri altında qala bilirik. Amma Tanrı Ali olduğuna görə qətiyyən tə'sir altında qalmaz. Ona qətiyyən tə'sir etmək olmaz. Ali Tanrının fərqi budur. Ali Tanrı və... Bu şüur...Nedir bu şüur? Bu şüur "mən"dir. Kirli şüurdakı "mən" o deməkdir ki, "gördüyüm hər şeyin sahibi mənəm" Çirklənmiş şüurda ikən "mən buyam ". Bu təmiz olmayan şüurdur. "Mən zevq alanam" Bütün dunya hərəkət edir, hər canlı varlıq da fikirləşir ki, "bu maddi dünyanı mən yaraddım və hakimi mənəm". Şüurun iki psixi hərəkti var ya da iki psixi hissəsi var. Biri " mən yaradıcıyam" və digəri də " mən zevq alanam". Doğrusu isə, əsil zevq alan ve yaradıcı olan Uca Tanrımızdır. Canlı varlıqlar Ali Tanrının bir parçası olaraq əslində yaradıcı və zevq alan deyil amma əməkdaşlıq edənlərdir. Вütöv maşın kimi. Maşının bir hissəsi əməkdaşlıq edəndir. Yada bədənimizin üzvlərinə baxarsaq, bədəndə əllər var, ayaqlar var, gözlər var və bütün bu üzvlər işləyir, amma bədənin bütün bu kiçik parçaları zevq alan deyil. Zevq alan mə'dədir. Ayaq bir yerdən başqa yerə gedir, əl toplayır, yeməkləri hazırlayır və dişler çiynəyir. Hər şey, bədənin bütün üzvləri mə'dəni məmnun etməklə meşquldur, cünkü, mə'də bu bədənin təşkil edən ən əsas hissədir. Hər şey mə'dəyə verilməlidir. Prāṇopahārāc ca yathendriyāṇām (SB 4.31.14). Bunun kimi, bir ağacın kökünə su verdiyimizdə onun yaşıllaşdığını görürük. Yada sağlam ola bilirsiniz... Bədənin üzvləri- əllər, ayaqlar, gözlər, qulaqlar, barmaqlar- hərşey, bədənin parçaları mə'dəylə əməkdaşlıq etdiyində sağlam olur. Bunun kimi də Ali canlı varlıq olan Tanrı da zevq alandır. O zevq alandır və yaradandır. Biz- demək istəyirəm ki, tabe olan canlı varlıqlar, Ali Tanrının enerjisinin məhsuluyuq, biz yalnız onunla əməkdaşlıq etmək üçün varıq. Bu əməkdaşlıq bizə kömək edəcək. Məsələ, dadlı yeməklərimizi barmaqlarımız vasitəsylə alırıq. Əgər barmaqlar fikirləşsələrsə ki, "biz niyə bunları mə'dəyə verməliyik? Bizdə zevq alaq". Bu bir səhvdir. Barmaqlar zevq ala bilməz. Egər barmaqlar yemək yeməkdən zevq almaq istəyirsə onu mə'dəyə göndərməlidir.