AZ/Prabhupada 1069 - Din, İman Fikrini Daşıyır. Din Dəyişə Bilər - Sanatana-dharma Dəyişməz



660219-20 - Lecture BG Introduction - New York

  Bu səbəblə, sanātana-dharma, yuxarıda  qeyd edildiyi kimi Ali Tanrı sanatanadır və ruhi göyüzünün arxasında olan transendental məskəni də sanatanadır. Canlı varlıqlar, onlar da sanatanadır. Sanatana Ali Tanrının bərabərliyi , sanatana canlı varlıqların, sanatana əbədi məskəndə, insan həyat formasının yekun məqsədidir. Tanrı canlı varlıqlara qarşı cox nəzakətlidir, cünki, deyilir ki, bütün canlı varlıqlar Ali Tanrının övladlarıdır. Tanrı belə deyir; sarva-yoniṣu kaunteya sambhavanti mūrtayo yāḥ (BG 14.4). Hər canlı, hər cür canlı varlıq...Fərqli karmalarına görə fərqli canlı növləri vardır, amma Tanrı deyir ki, O bütün canlı varlıqların atasıdır və buna görə də bütün bu unudulmuş şərti ruhları  sanātana-dharma ya da sanātana səmaya geri cağırmaq üçün yer üzünə gəlir ki, beləcə sanatana canlı varlıq Tanrının əbədi bərabərliyində sanatana yerini yenə qura bilsin. O özü fərqli şəkillərdə gəlir. O şərti ruhları geri getirmək üçün xüsusi xidmətçilərini, ogullarını və ya açaryalarını  göndərir. 
  Buna görə sanātana-dharma hər hansı dini məzhəb deyil. Bu, əbədi canlı varlığın əbədi Ali Tanrı ilə əlaqəsinin  əbədi funksiyasıdır. Sanatana dharma əbədi işimiz-vəzifəmiz deməkdir. Śrīpāda Rāmānujācārya açıqlamışdır ki, sanātana kəlməsi "nə başı nə də sonu olmayan" deməkdir və sanātana dharmadan danışdığımız vaxt Śrīpāda Rāmānujācārya güvənərək nə başı nə də sonu olmadığını qəbul etməliyik.  Din sözü sanatana-dharmadan biraz fərqlidir. Din, iman fikrini verir. İman dəyişə bilər. İnsan  bir müddət iman edə bilər və sonra inanışını dəyişdirib başqa bir inanış qəbul edə bilər. Amma sanātana-dharma dəyişdiriləməyəndir, hansı ki, deyişdirilə bilməz. Eyni su və axıcı olmaq. Axıcı olmaq sudan ayrılmaz. İsti və od. İsti oddan ayrılmaz. Bunun kimi, əbədi canlı varlığın sanātana-dharma olaraq bilinən əbədi funksiyası dəyişdirilə bilməz. Dəyişdirmək mümkün deyildir. Biz əbədi canlı varlıqların o əbədi funksiyasının  nə olduğunu tapmalıyıq. Bu görə də, sanatana-dharmadan danışdığımız vaxt Śrīpāda Rāmānujācāryaya güvənərək onun nə başı və nə də sonu olmadığını qəbul etməliyik. Başı və sonu olmayan, hər hansı məzhəbi bir şey olmamalıdır ya da o hər hansı bir əngəllə məhdud olmamalıdır. Sanātana-dharma mövzusuna aid konferans keçirdiyimiz vaxt, əbədi olmayan dini inanışlardan olan bə'zi insanlar səhvən fikirləşə bilərlər ki, biz məzhəbi bir şeylə məşquluq. Amma mövzunun dərininə getsək və hər şeyi müasir elmin işığında  araşdırarsaq görərik ki, sanatana-dharma dünyanın bütün insanlarının xeyri və kainatın bütün canlı varlıqlarının işidir. Sanatana olmayan dini inanış, insan cəmiyyətinin  bir başlanqıcı ola bilər amma sanatana-dharmanın bir tarixi olmaz, cünki o canlı varlıqların tarixiylə olmağa dəvam edər. Sāstralara görə, canlı varlıqlar  nə doğulur nə də ölür. Bhagavad=Gitada da açıq göstərilmişdir ki, canlı varlıqlar əsla nə dogulur nə də ölür. O əbədidir, yox edilə bilməz və keçici maddi bədənin yox olmasından sonra da yaşamağa dəvam edər.