AZ/Prabhupada 1070 - Xidmət Etmək Canlının Əbədi Dinidir
660219-20 - Lecture BG Introduction - New York
Yuxarıdakı sanatana-dharma anlayaşına istinadən, din sözünü dharma kəliməsinin Sanskritçə kökünün mə'nasından anlaya bilərik. Bu, əbədi olaraq xüsusi bir obyektlə bərabər olan deməkdir. Əvvəldən də dediyimiz kimi, oddan danışıldığında eyni zamanda odla bərabər onun istisi və işığı olduğu mə'nası da çıxır. İsti olmadan və işıq olmadan od kəliməsinin mə'nası yoxdur. Eyni şəkildə bir canlının da daim onunla bərabər olması gərəkən o əskik hissəsini tapmaq lazımdır. O hissə canın əbədi keyfiyyətidir, canın əbədi hissəsinin keyfiyyəti onun əbədi dinidir. Sanatana Gosvami, Şri Çaitanya Mahaprabhuya svarupa ilə əlaqəli sual verdiyində - hər canlının svarupası haqqında əvvəlcədən danışmışdıq, svarupa ya da canlı varlığın əsl mövqeyi haqqında- Tanrı " canlı varlığın əsl mövqeyi Tanrı Ali Şəxsə xidmət etməkdir " cavabını verdi. Amma, Tanrı Çaitanyanın söylədiklərnin bu hissəsini analiz edərsək, çox yaxşı görərik ki, hər canlı varlıq davamlı olaraq başqa bir canlı varlığa xidmət etmək işiylə məşğul olmalıdır. Bir canlı varlıq başqa bir canlıya fərqli cür xidmət edər və canlı varlıq belə etdiyində həyatdan zevq alar. Daha aşağı təbəqədəki heyvan insana xidmət edər, bir xidmətçi sahibinə xidmət edər, A, B sahibinə xidmət edər, B, C sahibinə xidmət edər, C-də D sahibinə xidmət edər və bu belə devam edər. Bə'zi şərtlərdə bir dostun başqa bir dostuna xidmət etdiyini görə bilərik və ananın oğluna xidmət etdiyini yada qadının ərinə xidmət etdiyini vəya ərin arvadına xidmət etdiyini görürük. Əgər belə araşdırmağa davam edərsək, canlı varlıq arasında xidmət fəaliyyətinin heç əksik olmadığını görə bilərik. Siyasətçi xalqa vəədlər verir və seçiciləri edəcəyi xidmətlərə inandırır. Seçici də qiymətli pəyini siyasətçinin cəmiyyətə xidmət edəcəyinə inanaraq ona verir. Mağaza sahibi müştəriyə xidmət edər və özü də kapitalistə xidmət edər. Kapitalist ailəsinə xidmət edər və ailə də əbədi varlığın əbədi bütünlüyü nəzərindən başdaki şəxsə xidmət edər. Bu şəkildə, heç bir canlının başqa bir canlıya xidmət etmək işindən azad olmadığını görə bilərik və belə bir nəticəyə gələ bilərik ki, xidmət canlı varlığın daimi müşaiətçisidir. Buna görə belə bir nəticəyə də əmin bir səkildə gələ bilərik ki, canlı varlıq tərəfindən edilən xidmət canlının əbədi dinidir. Şəxs müəyyən bir vaxt və doğum şərtlərinə nəzərən, müəyyən bir dindən olduğunu söylər və beləcə də özünü bir Hindu, Müsəlman, Xristyan, Budist və ya hər hansı başqa bir məssəp və alt-məssəplərdən olduğunu iddia edər, bunlar sanatana dharma deyildir. Bir Hindu müsəlman olmaq üçün dinini dəyişdirə bilər ya da bir müsəlman Hindu və ya Xristyan vs. olmaq üçün dinini dəyişdirə bilər...amma bu cür dini inanış dəyişimi nə şərtdə olursa olsun şəxsin bir başqasina əbədi xidmət etmək işini dəyişdirməsinə icazə verməz. Ya Hindu, ya müsəlman ya da Xristyan hər şəraitdə birinin xidmətçisidir və bu səbəblə müəyyən bir dindən olmaq sanatana-dharma sayılmaz, ancaq canlının daimi müşaiətcisi yə'ni xidmət etmək sanatana-dharmadır. O halda, doğrulara nəzərən, biz Tanrı ilə xidmət əlaqəsi içərisində bağlıyıq. Ali Tanrı həzz alandir və biz canli varliqlar da əbədiyyən Onun ali xidmətçiləriyik. Biz onun zevqi üçün yaradıldıq və əgər biz də Tanrı Ali Şəxs ilə bu əbədi zevqə qoşulursaq bu bizi xöşbəxt edər. Daha əvvəldən də açıqladığımız kimi, bədənin hər hansı bir parçası müstəqil bir şəkildə, əllər ayaqlar, barmaqlar və ya bədənin hər hansi bir hissəsi müstəqil olaraq mə'də ilə əməkdaşliq etmədən xöşbəxt ola bilməz. Bunun kimi canlı varlıq da Ali Tanrıya sevgiylə xidmət etmədən xöşbəxt ola bilməz. Bhagavad-Gitada fərqli yaritanrilara ibadət etmək təsdiq olunmaz, cünkü...Bhagavad-Gitanın (Bhagavad-gītā yeddinci bölüm, iyirminci sətirində ) Tanrı deyir ki, kāmais tais tair hṛta-jñānāḥ prapadyante 'nya-devatāḥ. Kāmais tais tair hṛta-jñānāḥ. Yalniz ehtirasla idarə edilənlər Ali Tanrı Krişnadan başqa yarıtanrılara ibadət edərlər.