AZ/Prabhupada 1063 - Bizi Bütün Bu Fəaliyyətlərimizin Tə''sir Və Əkstə'sirindən Qurtar
(Redirected from AZ/Prabhupada 1063 - Bizi Bütün Bu Tesir Ve Reaksiyalarından Qurtar)
660219-20 - Lecture BG Introduction - New York
Mövcut həyatımızda biz davranışlarımızın meyvələrini toplayırıq. Fikirləşin ki, mən çox işləyən bir iş adamıyam və banka hesabımda cox miqdarda pulum var. İndi mən zevq alanam. Eyni şəkildə fikirləşin ki, böyük miqdarda pulla bir iş qurdum, amma işim müvəffəqiyyətli olmadı. Bütün pulumu batırdım, beləliklə mən acı çəkənim. Yə'ni, həyatımızın hər sahəsində işimizin nəticələrinə görə qarşılıq alırıq. Buna karma deyilir.
Yəni bu şeylər, İşvara, jiva, prakrti və ya Tanrı Ali Şəxs və ya canlı varlıqlar, maddi təbiət, əbədi zaman və fərqli hərəkətlərimiz, Bhgavat-Gitada açıklanır. Bunlardan dördü- Tanrı, yaşayan canlilar, maddi təbiət və zaman əbədidir. Təzahür, prakrtinin təzahürü müvəqqəti ola bilər amma yalan deyil. Bəzi fəlsəfəcilər deyirlər ki, maddi təbiətin təzahürü yalandır, amma Bhagavat-Gita fəlsəfəsi və Vaişnavaların fəlsəfsi isə deyir ki, dünyanın təzahürü yalan deyil. Onlar bu təzahürün gerçək amma daimi olmadığını qəbul edirlər. Bu eyni, göydə buludlar olur, yağış sezonu başlayır və yağış sezonundan sonra ətrafımızda yeni yaşıl bitkilər görməyimizə oxşayır. Yağış mövsümü bitən kimi də buludlar çəkilər. Normal olaraq bütün bu yaşıllıklar yavaş-yavaş quruyur və torpaq bəhrəsiz olur. Eyni şəkildə bu maddi təzahür də müəyyən aralıqlarla meydana gəlir. Bunu Bhagavad-Gitanın səhifələrindən anlayacağıq, biləcəyik. Bhutva bhutva praliyate (BG 8.19). Bu təzahür bəlli bir zaman içində mükəmməl olur və sonra təkrar yox olar. Bu prakrtinin işidir. Amma bu əbədiyyən işləyir və buna görə prakrti əbədidir. Bu yalan deyil. Çünkü, Tanrı qəbul etmişdir, mama prakrti, "Mənim prakrtim". Apareyam itas tu viddhi me prakrtim param (BG 7.5). Bhinna prakrti, bhinna prakrti, apara prakrti. Bu maddi təbiət Ali Tanrıdan ayrılmış bir enerjidir və canlı varlıqlar da Tanrının enerjisidir, amma onlar ayrı deyillər. Onlar əbədiyyən əlaqəlidirlər. O halda Tanrı, canlı varlık, təbiət, maddi təbiət və zaman- bunların hamısı əbədidir. Ancaq başqa ünsür- karma, o əbədi deyildir. Karmanın ya da fəaliyyətlərin tə'siri cox köhnə ola bilər. Biz əzəldən bu yana əməllərimizin nəticəsinə görə ya əzab çəkirik ya da zevq alırıq, amma hələ də karma yada davranışlarımızın nəticəlrini dəyişdirə bilərik. Bu bizim mükkəmməl biliyimizlə olacaqdır. Biz şübhəsiz bir çox fəaliyyətlərlə məşquluq, amma bilmirik ki, bizi bütün bu fəaliyyətlərin tə'sir və əks tə'sirindən qurtarmaq üçün hansılarını qəbul etməliyik. Bu da Bhagavat-Gitada açıqlanır. İşvara mövqeyi Ali bilikdir. İşvara mövqesi ya da Ali Tanrı, Ali şüurdur. Civa ya da canlı varlıklar, Ali Tanrının parçaları olduğu üçün onlar da şüurludurlar. Canlı bir varlıq da şüurludur. Açıqlandığı kimi canlı varlıq da prakrtidir, enerji və maddi təbiət də prakrtidir, ancaq bu ikisindən bir prakrti- civalar şüurludur. Digər prakrti şüurlu deyildir. Fərq budur. Buna görə civa praktridən daha yuxarıdadır, çünki, civalar Tanrının şüuruna oxşayan şüura sahibdirlər. Tanrı Ali şüurdur. Heç kim deyə bilməz ki, civalar, canlı varlıqlar da mükəmməl şüura sahibdirlər. Xeyir. Canlı bir varlıq təkminləşməsinin heç bir mərhələsidə belə mükəmməl şüurlu ola bilməz. Bu yanlış fikirdir. Amma o şüurludur. Belə. Lakin o Ali Şüur deyildir.