AZ/Prabhupada 1067 - Biz, Bhagavat Gitanı Heç Bir Şərh və Kəsinti Etmədən Qəbul Etməliyik
660219-20 - Lecture BG Introduction - New York
Kiçik bütün parçaların, yəni-canlı varlıqların, bütün olanları başa düşməsi üçün imkanları var və hər cür nöqsan da Tam olan haqqındakı əksik bilgiyə görə yaranir. Yəni Bhagavad Gita Veda elminin qüsursuz biliyidir. Bütün veda elmlərində səhv yoxdur. Bu elmi niyə qüsursuz qəbul edirik? Buna aid müxtəlif misallar var. Hindusların Veda elmini necə qüsursuz qəbul etdikləri haqqında bir misal var. İnək kübrəsi. İnək kübrəsi heyvanin nəcisidir. Smrtiye vəya Veda elminə görə əgər bir adam heyvanın nəcisinə toxunursa özünü təmizləmək üçün tamamilə yuyunmalıdır. Amma eyni Vedalara görə inək kübrəsi təmizdir. Hətta təmiz olmayan yer yada təmiz olmayan şeylər inək kübrəsi toxundurularaq təmizlənir. İndi, biri deye bilər ki, bir tərəfdə heyvan nəcisinin təmiz olmadığı deyilir, başqa bir tərəfdə də heyvan nəcisi olan inək kübrəsinin təmiz olduğu deyilir, "bunlar bir-birine ziddir "diye müzakirə edərlərsə? Əslində bir-birinə zidd görünə bilər, amma Vedalarda buyrulduğuna görə, praktik işlərimiz üçün biz bunu qəbul edirik. Bunu qəbul etmək səhv deyil. Müasir elm, müasir kimyaçılardan Dr.Lal Mohan Gosal inək kübrəsini analiz etdikdən sonra kəşf edib ki, inək kübrəsi coxlu antiseptik xüsusiyyətlərin birləşməsidir. Eyni şəkildə maraqlanıb Gangın suyunu da analiz etdi. Yəni mənim fikrim- veda elmi bütün şübhələrin və səhvlərin üstündə olduğu üçün qüsursuzdur. Yə'ni, Bhagavad-Gita bütün Veda elminin köküdür. Bu görə də Veda elmində səhv olmaz. O mükəmməl müəllim və şagird ardıcıllığı yolu ilə gəlir. Bu səbəblə Veda elmi bir araşdırma üçün mövzu ola bilməz. Bizim araşdıma işlərimiz qüsurludur, çünki biz hərşeyi qüsurlu hislərimizlə araşdırırıq. Buna görə də araşdırma işlərimizin nəticəsi də qüsurludur. Qüsursuz ola bilməz.
Biz mükəmməl biliyi qəbul etməliyik. Mükəmməl bilik aşagı (yerə) gəlir, Bhagavad-Gitada bizim başladığımız kimi, evam parampara-prāptam imaṁ rājarṣayo viduḥ (BG 4.2). Biliyi mə'nəvi müəllimlэr zinciri vasitəsilə doğru mənbədən- Rəbbin özündən almalıyıq. Yəni, Bhagavad-Gita Tanrının özü tərəfindən danışılır və Arcuna, demək istəyirəm ki, Bhagavad-Gita dərslərini alan şagird, bütün hekayəni olduğu kimi, heç bir əskik olmadan qəbul etdi. Bhagavad-Gitanın bir hissəsini qəbul edib, bir hissəsini etməmək olmaz. Bu qəbul edilməz. Biz, Bhagavad-Gitadan heç bir əksiltmədən və mövzu üzərində öz şərhlərimizi əlavə etmədən qəbul etməliyik, cünkü o ən mükəmməl Veda elmi olaraq qəbul edilməlidir. Veda elmi transendental mənbələrdən əldə edilir,çünki ilk kəlməsi Tanrının özü tərəfindən danışılmışdır. Tanrı tərəfindən deyilən sözlərə apauruşeya deyilir, yada qusurun dörd prinsipi ilə kirlənmiş olan, dünyadan olan biri tərəfindən çatdırılmamışdır. Dünyada olan bir canlı varlığın dörd qüsurlu xüsusiyyəti vardır. Bunlar: 1) xətaları ola bilir, 2) bə'zən illüziyada olurlar, 3) Başqalarını aldatmaq fikri olur, 4) Qüsurlu hislərlə doludurlar. Hər yerdə bütün bu dörd qüsurlu prinsiplərlə dolu məlumat olduğundan, mükəmməl məlumatı çatdırmaq olmaz. Vedalar belə deyil. Veda biliyi ilk yaradılmış canlı varlıq Brahmanın qəlbinə köçürülmüşdür. Brahma da öz növbəsində bu məlumatı Tanrıdan aldığı kimi oğullarına və şagirdlərinə yaymışdır.